top
Mixail Malkin: Dünya çempionluğu səviyyəmizi qoruduğumuzu və arxayınlaşmadığımızı sübut etdi Idman.biz
12 noyabr 2025, 15:41
- ↺ +

Mixail Malkin: Dünya çempionluğu səviyyəmizi qoruduğumuzu və arxayınlaşmadığımızı sübut etdi

Tamblinq üzrə dünya çempionatında Azərbaycan yığmasının tərkibində növbəti uğurunu yaşayan Mixail Malkin karyerasında üçüncü dəfə dünya çempionu olub.

O, əldə olunan qələbənin əhəmiyyəti, komandanın yeni hədəfləri və şəxsi çıxışı barədə İdman.Biz-ə danışıb.

- Dünya çempionatında komanda şəklində ikinci qələbənin təəssüratları necədir?

- Hisslər möhtəşəmdir. Daim yüksək səviyyəni qorumaq istəyirik və dünya çempionu titulunu müdafiə etməklə ambisiyalarımızı təsdiqlədik. Bununla bir daha göstərdik ki, hələ də güclüyük və arxayınlaşmırıq, səviyyəmizi saxlayırıq. Azərbaycan yenidən zirvədədir!

- Final necə keçdi? Həyəcan çox idimi?

- Təbii ki, hər birimiz final çıxışından öncə həyəcan yaşayırdıq. Bu, idmanda normal haldır. Həlledici çıxış ərəfəsində akrobatika zolağına çıxmadan öncə müəyyən həyəcanın olması həmişə müşahidə olunur. Amma idmanda belə anların öhdəsindən gəlmək lazımdır, komanda öz işinin öhdəsindən gəldi və qalib oldu. Amerikalılara bizi keçmək imkanı vermədik, baxmayaraq ki, onlar da yaxşı hazırlaşmışdılar.

- Azərbaycan tamblinq yığması texniki baxımdan həmişə seçilir. Yeni standartlar müəyyən etdiyinizi demək olarmı?

- Yarışları kənardan izləyəndə bizim tətbiq etdiyimiz kombinasiyalarda fərqli texnika dərhal gözə çarpır. Belə üçqat salto hər idmançının repertuarında yoxdur. Buna görə də bir çox xarici gimnastlar bizə baxır, bu texnikanı mənimsəməyə, eyni səviyyəyə çıxmağa çalışır, hətta bəzən məsləhət də istəyirlər. Biz də onlara kömək edirik.

- Fərdi çıxışda alınmadı. Bu, sizi məyus etdimi?

- Əlbəttə, bir qədər təəssüf var. İstərdim ki, iki il əvvəl Birmingemdə keçirilən dünya çempionatında olduğu kimi, bu dəfə də komanda qələbəsinə fərdi qələbə də əlavə edim. Amma nədənsə alınmadı. Hələ ki, səbəbini dəqiq bilmirəm. Amma bu, idmandır, səhvlər üzərində işləyəcəyik və növbəti yarışlarda hər şeyin qaydasına düşəcəyinə inanıram.

- Sizin fikrinizcə, dünya tamblinqinin səviyyəsi nə dərəcədə yüksəlib, nəzərə alsaq ki, dünya çempionatı iki ildən bir keçirilir?

- Xeyr, o, hər il keçirilir, yalnız Olimpiya ili istisna olmaqla. Amma indiki dünya çempionatı 2023-cü ildən sonra ilkidir, bu baxımdan belə demək düzgündür. Ümumilikdə isə dünya tamblinqində güc nisbəti dəyişməyib, sadəcə idmançılar tempi artırır və hərəkətlərin çətinlik dərəcəsi üzərində işləyirlər.

- Ümumilikdə mövsüm sizin üçün necə keçdi? Nəticələrdən razısınızmı?

- Zədəm vardı, buna görə bir neçə yarışı buraxdım. Sonra "mental blok" adlandırılan bir dövr yaşadım və daha bir neçə turnirdə çıxış edə bilmədim. Buna görə də dünya çempionatı mənim üçün ilk start oldu. Nəyisə göstərə bildim, amma bəzi məqamlarda tam gücümlə çıxış edə bilmədim. İndi yeni mövsümə hazırlıq mərhələsi qarşıdadır.

- Qarşıdakı planlarınız nələrdir?

- Ən yaxın yarış fevralda olacaq. Dünya Kubokudur və o, evdə keçiriləcək. Bir neçə ay sonra isə Portuqaliyada Avropa çempionatı baş tutacaq. Bildiyiniz kimi, biz həm də komanda şəklində Avropa çempionuyuq, buna görə də əsas hazırlığımızı məhz bu yarışa yönəldəcəyik.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Oxşar xəbərlər