Bu gün Gəncənin ilk dəfə ev sahibliyi etdiyi gənclər və 15 yaşadək aerobika gimnastları arasında Avropa çempionatına yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan turnirin üçüncü günündə final yarışları keçirilir.
Gimnastlar həlledici mərhələdə qarışıq cütlük, fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış edirlər.
Ötən gün komanda hesabında mükafatçılar bəlli olub. Gənclər yaş kateqoriyası üzrə 1-ci yerdə İspaniya, 2-ci yerdə İtaliya, 3-cü yerdə Rumıniya, 15 yaşadək idmançılar arasında 1-ci yerdə Macarıstan, 2-ci yerdə Ukrayna, 3-cü yerdə Litva komandası yer alıb.
Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır.