top
Gəncədə Aerobika Gimnastikası üzrə Avropa Çempionatı Start Götürdü - FOTO Idman.biz
15 noyabr 2025, 10:28
- ↺ +

Gəncədə Aerobika Gimnastikası üzrə Avropa Çempionatı Start Götürdü - FOTO

14-16 noyabr tarixlərində Gəncə İdman Sarayında aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa çempionatı keçirilir.

İdman.Biz xəbər verir ki, bu mötəbər yarış Gəncənin idman ənənələrinin və beynəlxalq tədbirlərin təşkilindəki yüksək potensialının növbəti təsdiqi hesab olunur.

Bildirilib ki, yarışda 18 ölkədən 151 gimnast iştirak edir. İştirak edən idmançılar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramlarında öz məharətlərini nümayiş etdirirlər. Çempionatın ilk iki günü təsnifat mərhələləri ilə yadda qalıb. Sonuncu - 16 noyabr tarixi isə ən həyəcanlı anların yaşanacağı final mərhələsinə həsr olunacaq.

Bu gün start götürən yarışın açılış mərasimi xüsusi təntənə ilə keçib. Səhnəyə əvvəlcə iştirakçı ölkələrin bayraqları gətirilib, daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar çıxış edərək yarışın əhəmiyyətindən, Gəncənin idman dünyasında artan rolundan və bu cür tədbirlərin beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışıblar.

Açılış mərasimindən sonra "Nizami Xəzinəsi" adlı bədii kompozisiya təqdim olunub. Nizami Gəncəvinin ölməz əsərlərinə həsr olunan bu kompozisiya rəngarəng musiqi, rəqs və vizual effektlərlə müşayiət olunaraq tamaşaçılara unudulmaz anlar yaşadıb. Bədii hissə şəhərin mədəni irsini yarışın ruhu ilə birləşdirərək tədbirə xüsusi ovqat qatıb.

Daha sonra gimnastların ilk çıxışlarına start verilib. Onlar fərdi proqram üzrə öz peşəkarlıqlarını, fiziki hazırlıqlarını və artistik bacarıqlarını nümayiş etdiriblər. Yarış boyunca arenada həm rəqabət, həm də bayram ab-havası hiss olunub.

Qeyd edək ki, qitə birinciliyinə 16 noyabr tarixində yekun vurulacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Futbol
Bu gün, 12:31

Qabriel Jezus Çempionlar Liqasında 28 qolla Rivaldonu və Luis Suaresi geridə qoydu

Futbol
Bu gün, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir

Futbol
Bu gün, 12:26

Litva XİN rəhbəri ‘Sabah’ın baş məşqçisi Dambrauskasa ‘Diplomatiya ulduzu’ mükafatını təqdim edib

Futbol
Bu gün, 12:25

Puxaç “Barselona” məğlubiyyəti barədə danışdı: “Bizə çox sərt davrandılar”

Futbol
Bu gün, 12:20

Çempionlar Liqasında ən zəif performansımız

Minifutbol
Bu gün, 12:20

Balogun Arsenal-dan Manchester United-ın əsas transfer hədəfi olur

Futbol
Bu gün, 12:16

Meksikada 26 yaşlı futbolçu meydançada güllələnib və vəfat edib

Futbol
Bu gün, 12:15

Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatını aldı;

Boks
Bu gün, 12:01

UFC-nin sabiq çempionu İslam Maxaçevin kəmərinin alınmasını tələb etdi

Futbol
Bu gün, 12:00

Beşiktaşın Batumi səfərinə aparan təyyarəyə ildırım vuruldu

Futbol
Bu gün, 12:00

Sabah qapıçısı Barselona forması almağa cəhd etdi, amma əldə edə bilmədi

Futbol
Bu gün, 11:56

İspaniyada “Sabah”ın məğlubiyyətinin səbəbkarları və Xəyal Əliyevin potensialı

Futbol
Bu gün, 11:47

Sabah futbolçusu Rəhman Daşdəmirov Barselona qarşısında oyunu dəyərləndirdi

Digər
Bu gün, 11:44

ASA‑da idman elmlərinin inkişafı üzrə IV Beynəlxalq Elmi‑Praktik Konfrans keçirilib

Boks
Bu gün, 11:40

Keçmiş dünya çempionu Xorxe Linares 10 gün həbsdən azad edildi

Futbol
Bu gün, 11:40

Litvanın Diplomatiya Ulduzu mükafatı Valdas Dambrauskasa‑a təqdim edildi

Futbol
Bu gün, 11:40

Kristian Şevçenkonun oğlu İngiltərənin 7-ci divizion klubu ilə müqavilə bağladı

Futbol
Bu gün, 11:28

Sabah qapıcısı Stas Pokatilovun qurtarışı UEFA Çempionлар Liqasının ən yaxşıları sırasında;

Futbol
Bu gün, 11:20

Rumıniya millisinin sabiq baş məşqçisi İordanesku "Uotford"un baş məşqçisi olacaq

Futbol
Bu gün, 11:10

Ayxan Abbasov: Flik "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi

Futbol
Bu gün, 11:09

Sabah futbolçusunun zədəsi bu gün açıqlanacaq

Futbol
Bu gün, 11:07

Arsenal, Bavariya’nın Keyni əvəzləyicisini tapdı

Oxşar xəbərlər