top
Fərid Qayıbov: Biz gələcəkdə bu ideyanı başqa növlərdə də istifadə etməyi planlaşdırırıq. Idman.biz
09 may 2025, 16:53
- ↺ +

Fərid Qayıbov: "Biz gələcəkdə bu ideyanı başqa növlərdə də istifadə etməyi planlaşdırırıq."

"Bizim çoxdan gözlənilən 2025-ci il yarış mövsümü nəhayət başladı və Lüksemburqda keçirilən Avropa çempionatında heyranedici bir təqdimatla start götürdü!"

İdman.biz xəbər verir ki, bunu Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov rəhbərlik etdiyi qurumun saytında ənənəvi "Prezidentdən qeydlər" rubrikasında bildirib.

O, aprel ayının mühüm hadisələrini qeyd edib: "Əvvəlcə Avropa yaş qrupları yarışlarında, daha sonra yeniyetmələr və böyüklər arasında Avropa çempionatlarında akrobatika bir daha öz sehrli enerjisini nümayiş etdirdi və qlobal auditoriyaya əyləncə dəyərini sübut etdi. Gimnastlar ən yüksək səviyyədə mübarizə aparıb, kreativ proqramlarda cəsarətli çıxışları ilə tamaşaçıları valeh etdilər".

Qayıbov bildirib ki, yarışda iştirak edən ölkələrin sayı xüsusilə diqqətçəkici olub: "Məni ən çox təsirləndirən iştirakçı ölkələrin sayı oldu. Akrobatika inkişafa davam edir və biz bir neçə yeni ölkəni qarşıladıq! Türkiyə ilk dəfə gimnastlarını göndərdi, Danimarka isə ilk dəfə böyüklər qrupunda yarışdı. Bu, yalnız bizim Texniki Komitənin prezidenti Karin Şarlie rəhbərliyi ilə göstərdiyi daimi səylər sayəsində mümkün oldu. Onlar maraq göstərən federasiyalara inkişaf seminarları üçün ekspertlər və daimi məsləhətlər təqdim edirlər. Bundan əlavə, Avropada bu idman növünün inkişafına yönəlmiş və çox məşhur olan illik təlim-məşq düşərgəsi də təşkil olunur".

O əlavə edib ki, çempionat zamanı 2028-ci il Olimpiya Oyunlarının Təşkilat Komitəsi genişləndirilmiş idman proqramını elan edib: "Çox şadam ki, idman gimnastikasında qarışıq komandaların finalı da əlavə olunub. Avropa gimnastikası bu formatda Avropa Gənclər Olimpiya Festivalında debüt edib və bu, ilk dəfə olaraq Leypsiqdə keçiriləcək Avropa çempionatının proqramında da təqdim ediləcək".

EG rəhbəri bədii gimnastika üzrə Avropa kuboku haqqında da danışıb: "Keçən həftəsonu Avropa kuboku düz bir il əvvəl debüt etdiyi doğma şəhərim Bakıya qayıtdı. Avropa Gimnastikasının 2030-cu il Strateji Planının bir hissəsi olan yeni formatlı Avropa kuboku gimnastların pley-off mərhələsində baş-başa mübarizə apardıqları maraqlı "çarpaz döyüşlər"ə start verdi. Keçən il bu format yalnız fərdi yarışlarda oldu, bu il isə qrup yarışlarında da tətbiq edildi. Bu, sürətli, qısa və maraqlıdır və hamının xoşuna gəlir. Gələcəkdə bu ideyanı digər növlərdə də tətbiq etmək niyyətindəyik!"

Qayıbov qarşıdan gələn yarışları da qeyd edib: "Gələn həftə bədii gimnastika üzrə Avropa kubokunun ikinci mərhələsi keçiriləcək. İlk dəfə yarışa Bolqarıstanın sahil kurortu Burqas ev sahibliyi edəcək. Daha sonra flaqman tədbirlərimiz bir-birinin ardınca davam edəcək. Mayın 26-31-də Almaniya Gimnastika Festivalı çərçivəsində Leypsiq şəhərində keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatında titullar uğrunda mübarizənin şahidi olacağıq. Bundan dərhal sonra, iyunun 4-8-də Estoniyanın paytaxtı Tallinndə ən yaxşı bədii gimnastlar qitə çempionu adı üçün yarışacaqlar. İdmançılarımıza bu mühüm tədbirlərə hazırlıqda uğurlar arzulayıram!"

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Oxşar xəbərlər