top
Erxan Hüseynov: Azərbaycan təcrübəsi mənim idman təbabəti biliklərimi zənginləşdirdi Idman.biz
27 noyabr 2025, 11:20
- ↺ +

Erxan Hüseynov: Azərbaycan təcrübəsi mənim idman təbabəti biliklərimi zənginləşdirdi

Azərbaycanda idman təbabəti ilə bağlı müxtəlif istiqamətlər geniş şəkildə inkişaf edir. Bu illər ərzində işə bir çox mütəxəssis cəlb olunub.

İdman.Biz-in məlumatına görə, həmin mütəxəssislərdən biri də altı il Azərbaycan Gimnastika Federasiyasında çalışan bolqar fizioterapevt Erxan Hüseynov olub. O, həmin dövrün onun karyerasında tutduğu yerdən söz açıb.

Hüseynov bildirib ki, təklifi 2015-ci ildə alıb:

"Bakıya sınaq müddəti üçün getmişdim, lakin ölkəyə gəldiyim ikinci həftədə artıq Gimnastika Federasiyasından rəsmi təklif aldım. Federasiya hər cür təminat yaratdı, mənim və ailəmin yerləşməsinə də kömək göstərildi. Böyük oğlum uşaq bağçasına gedirdi, kiçiyimin isə o vaxt cəmi on ayı var idi. Beləliklə, biz Bakıda altı il qaldıq", - deyə E. Hüseynov bildirib.

Mütəxəssis Azərbaycandakı iş təcrübəsini xüsusi məhəbbətlə xatırlayır:

"Həmin dövr mənə çox şey verdi. Komandadan çox şey öyrəndim - bu, dünya səviyyəli idman və təbabətdir. Yığmada çalışmaq böyük məsuliyyətdir və komanda müxtəlif ölkələrdən olan, peşəmizdə tanınmış adlar sayılan mütəxəssislərdən ibarət idi. Federasiya personalın qayğısına xüsusi diqqət yetirirdi: biz müxtəlif təlimlərdə, seminar və kurslarda iştirak edirdik, həm işimizlə, həm də dil öyrənilməsi ilə bağlı tədbirlərə cəlb olunurduq. Aydın idi ki, mənim keyfiyyətlərimə dəyər verirdilər. Müxtəlif növ patologiyalarla qarşılaşırdım. Türkiyə və Avstriyada əldə etdiyim idman təbabəti bazasını Azərbaycanda daha da inkişaf etdirib zənginləşdirdim. İş diapazonu çox geniş idi - müxtəlif hallar, eləcə də müasir müalicə metodları ilə tanış oldum və bunları indi də praktikamda tətbiq etməyə çalışıram", - deyə fizioterapevt Bolqarıstan "Teleqraf" agentliyinə verdiyi müsahibədə söyləyib.

Hüseynov Azərbaycanda çalışdığı müddətdə Avropa və dünya çempionatlarında yığmanın çıxışları sayəsində çox səyahət etmək imkanı qazandığını xatırladıb:

"Bu, başqa böyük bir üstünlük idi - müasir insan səyahət etməli, digər mədəniyyətləri görməli, müxtəlif insanlarla tanış olmalıdır. Bu, insanı açır, fərd və peşəkar kimi formalaşdırır", - deyə o qeyd edib.

Altı ildən sonra bolqar fizioterapevt Azərbaycandakı yaşam və peşə mühitinin yüksək səviyyədə olmasına baxmayaraq, vətənə qayıtmaq qərarı verib:

"Biz yenidən ailəlikcə gələcəyimizi müzakirə etdik, çünki əvvəlcədən xaricdə daimi qalmaq niyyətində deyildik. Mənim əsas məqsədim övladlarımın dünyagörüşünü genişləndirmək, onlara dünyanı tanıtmaq və dil öyrənmələrinə kömək etmək idi. Lakin uşaqlar böyüyürdü: böyük oğlum artıq beşinci sinifdə idi, kiçik isə məktəbə getməli idi. Əgər biz Bakıda daha 4–5 il qalsaydıq, geri dönmək mümkün olmazdı, çünki uşaqların mühiti artıq Azərbaycanda formalaşacaqdı. O zaman mən də ölkədə qalmalı olardım. Üstəlik, Bolqarıstanda valideynlərimiz yaşayır və bu amil sonda üstün gəldi", - deyə E. Hüseynov xatırlayıb.

Onun sözlərinə görə, federasiya əməkdaşlığı davam etdirmək istəyib və hər məsələdə kömək etməyə hazır olub, lakin ailənin şəxsi motivlərini anlayaraq qərarı dəstəkləyib. Hazırda Hüseynov doğma şəhəri Tırqoviştede(Rumıniyada şəhər – red) fəaliyyət göstərir.

Zəki Feyzullayev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Oxşar xəbərlər