top
Bakıda Ağırlıqqaldırma üzrə Məşqçi Təhsili və Avropa Olimpiya Akademiyası mövzusunda Beynəlxalq Vebinar keçirilib Report.az
23 sentyabr 2025, 11:41
- ↺ +

Bakıda Ağırlıqqaldırma üzrə Məşqçi Təhsili və Avropa Olimpiya Akademiyası mövzusunda Beynəlxalq Vebinar keçirilib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusunu daşıyan Bakı şəhərində, qitənin 20-dən artıq ölkəsinin təmsil olunduğu beynəlxalq vebinar təşkil olunub.

Bu barədə "Report"a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən bildirilib.

Beynəlxalq Məşqçi Lisenziyası (ICL), Məşqçilərin Təhsili və İnkişafı Yolları mövzusunda keçirilən və 2025–2028-ci illəri əhatə edən vebinarda 20-dən artıq ölkədən 89 mütəxəssis iştirak edib. Tədbirə Azərbaycandan AAF prezidenti Kamran Nəbizadə, vitse-prezident Firdovsi Umudov, federasiyanın İdarə Heyətinin üzvü Fəxri Mehdiyev, yığma komandamızın məşqçiləri və idmançılar qatılıblar.

Vebinarı giriş sözü ilə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə açıq elan edib. Çıxışı zamanı beynəlxalq vebinarın əhəmiyyətindən danışan Kamran Nəbizadə, Beynəlxalq və Avropa Ağırlıqqaldırma Federasiyaları prezidentlərinin Azərbaycana səfərlərini xatırladıb. Göstərilən etimada görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasaniyə minnətdarlığını bildirən AAF rəhbəri, vebinar iştirakçılarına uğurlar arzulayıb. M.Calud və A.Hasani də tədbir iştirakçılarını salamlayaraq, bu kimi tədbirlərin təşkilində ölkəmizin böyük təcrübəyə malik olduğunu diqqətə çatdırıblar.

Daha sonra qərargahı Bakıda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyasının təntənəli açılışı olub. Bildirilib ki, Akademiyanın istifadəyə verilməsi ağırlıqqaldırma idman növünün bütün dünyada təbliği istiqamətində atılan mühüm addımdır.

Qeyd olunub ki, akademiyanın fəaliyyətə başlaması ərəfəsində ağırlıqqaldırma növündə tarixi uğura imza atılıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən ağırlıqqaldırma növü dünyanın ən nüfuzlu idman yarışı olan Yay

Olimpiya Oyunlarında 10 deyil, 12 çəki dərəcəsi ilə təmsil olunacaq.

Daha sonra vebinarda məşqçi təhsili və təcrübəsinin əsas sahələrini əhatə edən proqram təqdim edilib.

Vebinar iştirakçıları, antidopinq, ağırlıqqaldırmada ümumi zədələr, marşal cədvəli və digər mövzularla bağlı hazırlanmış təqdimatlarını nümayiş etdiriblər.

Antidopinq sahəsi üzrə təqdimatla AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib.

Vebinarın sonunda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Məsləhət Qrupunun üzvü Firdovsi Umudov çıxış edərək tədbir iştirakçılarına təşəkkür edib. O bildirib ki, Azərbaycanda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyası fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.

Qeyd edək ki, Bakıda təşkil olunan beynəlxalq vebinara 20-dən artıq ölkənin 89 mütəxəssisi qatılıb. Vebinar iştirakçılarına Avropa Ağırlıqqaldırma Federasiyası tərəfindən sertifikatlar təqdim olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Bu gün, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Bu gün, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Bu gün, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Bu gün, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Oxşar xəbərlər