top
Bakıda Ağırlıqqaldırma üzrə Beynəlxalq Vebinar və Avropa Olimpiya Akademiyasının Açılışı Olub - FOTO Idman.biz
23 sentyabr 2025, 12:00
- ↺ +

Bakıda Ağırlıqqaldırma üzrə Beynəlxalq Vebinar və Avropa Olimpiya Akademiyasının Açılışı Olub - FOTO

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Mərkəzi statusunu daşıyan Bakı şəhərində, qitənin 20-dən artıq ölkəsinin təmsil olunduğu beynəlxalq vebinar təşkil olunub.

İdman.biz Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Beynəlxalq Məşqçi Lisenziyası (ICL), Məşqçilərin Təhsili və İnkişafı Yolları mövzusunda keçirilən və 2025–2028-ci illəri əhatə edən vebinarda 20-dən artıq ölkədən 89 mütəxəssis iştirak edib.

Tədbirə Azərbaycandan AAF prezidenti Kamran Nəbizadə, vitse-prezident Firdovsi Umudov, federasiyanın İdarə Heyətinin üzvü Fəxri Mehdiyev, yığma komandamızın məşqçiləri və idmançılar qatılıblar.

Vebinarı giriş sözü ilə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə açıq elan edib. Çıxışı zamanı beynəlxalq vebinarın əhəmiyyətindən danışan Kamran Nəbizadə, Beynəlxalq və Avropa Ağırlıqqaldırma Federasiyaları prezidentlərinin Azərbaycana səfərlərini xatırladıb. Göstərilən etimada görə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasaniyə minnətdarlığını bildirən AAF rəhbəri, vebinar iştirakçılarına uğurlar arzulayıb.

Calud və Hasani də tədbir iştirakçılarını salamlayaraq, bu kimi tədbirlərin təşkilində ölkəmizin böyük təcrübəyə malik olduğunu diqqətə çatdırıblar.

Daha sonra qərargahı Bakıda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyasının təntənəli açılışı olub. Bildirilib ki, Akademiyanın istifadəyə verilməsi ağırlıqqaldırma idman növünün bütün dünyada təbliği istiqamətində atılan mühüm addımdır.

Qeyd olunub ki, akademiyanın fəaliyyətə başlaması ərəfəsində ağırlıqqaldırma növündə tarixi uğura imza atılıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən ağırlıqqaldırma növü dünyanın ən nüfuzlu idman yarışı olan Yay Olimpiya Oyunlarında 10 deyil, 12 çəki dərəcəsi ilə təmsil olunacaq.

Daha sonra vebinarda məşqçi təhsili və təcrübəsinin əsas sahələrini əhatə edən proqram təqdim edilib. Vebinar iştirakçıları, antidopinq, ağırlıqqaldırmada ümumi zədələr, marşal cədvəli və digər mövzularla bağlı hazırlanmış təqdimatlarını nümayiş etdiriblər.

Antidopinq sahəsi üzrə təqdimatla AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib.

Vebinarın sonunda Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Məsləhət Qrupunun üzvü Firdovsi Umudov çıxış edərək tədbir iştirakçılarına təşəkkür edib. O bildirib ki, Azərbaycanda yerləşən Avropa Ağırlıqqaldırma Olimpiya Akademiyası fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.

Qeyd edək ki, Bakıda təşkil olunan beynəlxalq vebinara 20-dən artıq ölkənin 89 mütəxəssisi qatılıb. Vebinar iştirakçılarına Avropa Ağırlıqqaldırma Federasiyası tərəfindən sertifikatlar təqdim olunacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Futbol
Bu gün, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Minifutbol
Bu gün, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Futbol
Bu gün, 18:13

Arda Güler UEFA Çempionlar Liqasında AEK ilə oynayacaq "Real Madrid" heyətində yer almadı

Futbol
Bu gün, 18:00

II Liqa 9-cu tur: "Qaradağ Lökbatan" zirvədə, "Şirvan" ikinci pillədə

Futbol
Bu gün, 17:50

Rəvan Həmzəzadə VII tur I Liqa məclisində hakim olaraq iştirak edir

Futbol
Bu gün, 17:33

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümündə qrup rəqibləri açıqlanıb

Oxşar xəbərlər