top
Bakı Dünya Kuboku: Arenaya çıxacaq məşhur gimnastlar – İDMAN.BİZ-in ARAŞDIRMASI Idman.biz
31 mart 2026, 14:30
- ↺ +

Bakı Dünya Kuboku: Arenaya çıxacaq məşhur gimnastlar – İDMAN.BİZ-in ARAŞDIRMASI

17 apreldən etibarən bütün idman ictimaiyyətinin diqqəti Milli Gimnastika Arenasına yönələcək, burada 39 ölkədən olan gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Bədii gimnastika üzrə Dünya Kuboku sürətlə Bakıya yaxınlaşır. Artıq Sofiyada keçirilən ilk mərhələ başa çatıb, gələn həftə gimnastlar Daşkənddə çıxış edəcəklər, daha sonra isə yarış Azərbaycan paytaxtına gələcək.

İdman.Biz xəbər verir ki, 17 apreldən etibarən bütün diqqət Milli Gimnastika Arenasına yönələcək və burada 39 ölkədən olan gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər. Paytaxtın qonaqları arasında həm dünya səviyyəli ulduzlar, həm də öz qitələrində parlayan və artıq beynəlxalq tanınma qazanmış idmançılar olacaq. Bakı Dünya Kubokunun maraqlı adları ilə tanış olaq.

Sofiya Raffaelli

İtaliyalı gimnastın ulduzlu anı 2022-ci ildə, Sofiyada keçirilən dünya çempionatında beş qızıl medal qazanarkən yaşanıb. O, çoxnövçülükdə qalib gəlib, top, halqa və lentlə hərəkətlərdə birinci olub, həmçinin komanda yarışında da ilk yeri tutub. Daha sonra Valensiyada keçirilən mundialda üç gümüş və bir bürünc medal əldə edib, Bakıda keçirilən Avropa çempionatında isə top və gürzlərlə qızıl, çoxnövçülükdə isə gümüş medal qazanıb.

Paris Olimpiadasında da Sofiya fəxri kürsüyə yüksələrək bürünc medal qazanıb. Yeni tsikldə isə lentlə hərəkətlərdə dünya çempionu olub, həmçinin top və çoxnövçülükdə bürünc medal əldə edib.

İtaliyalı gimnast Bakıda dəfələrlə yüksək səviyyəli çıxış nümayiş etdirib və 2025-ci il Dünya Kubokunda çoxnövçülükdə qalib gəlib.

Darya Varfolomeev

Almaniyanı təmsil edən gimnast olimpiya çempionu, onqat dünya çempionu və üçqat Avropa çempionudur. O, dəfələrlə ölkəsinin ən yaxşı idmançısı seçilib. İlk dünya qızıl medalını dörd il əvvəl Sofiyada gürzlərlə hərəkətlərdə qazanıb. Növbəti ildə Valensiyada keçirilən lisenziya xarakterli dünya çempionatında isə çoxnövçülük və ayrı-ayrı hərəkətlərin bütün final növlərində olmaqla beş qızıl medal əldə edib, həmçinin komanda yarışında gümüş medal qazanıb.

Varfolomeev Bakıdakı yarışlarda da fərqlənib – 2023-cü il Avropa çempionatında lentlə hərəkətdə qələbə qazanıb, ötən il isə eyni nəticəni Tallində təkrarlayıb. Azərbaycan paytaxtında o, adətən inamlı çıxış edir və ötən il Dünya Kubokundan iki qızıl medal ilə ayrılıb.

Stiliana Nikolova

Bolqar gimnast Boriana Kaleinin karyerasını başa vurmasından sonra yığmanın əsas liderinə çevrilib. O, dörd il əvvəl Sofiyada keçirilən dünya çempionatında debüt edib, çoxnövçülükdə bürünc, həmçinin halqa, gürzlər və lentlə hərəkətlərdə gümüş medal qazanıb. Növbəti ildə isə Qvadalaxarada keçirilən mundialda komanda yarışında qələbə qazanıb.

Nikolova Avropa çempionatlarında yeddi dəfə qalib olub, ötən il Estoniyada keçirilən yarışda da uğur qazanaraq qızıl het-trik edib. Bakı bolqar gimnast üçün uğurlu şəhər sayılır, çünki o, müxtəlif illərdə burada Avropa Kubokunu qazanıb, həmçinin 2023-cü il Avropa çempionatında komanda çoxnövçülüyündə qalib olub.

Taisiya Onofriyçuk

Ukraynalı gimnastın adı tez-tez hallanır. O, üç il əvvəl beynəlxalq arenada ilk dəfə çıxış edərək yeniyetmələr arasında dünya çempionatında gürzlərlə hərəkətdə gümüş medal qazanıb. Növbəti mövsümdə artıq böyüklər arasında çıxış edib və Avropa çempionatında bürünc medal əldə edib.

Onofriyçuk Azərbaycan gimnastika həvəskarlarına da tanışdır – ötən il Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokunda üç dəfə fəxri kürsüyə yüksələrək ən çox medal qazanan gimnast olub. O, halqa ilə qələbə qazanıb, çoxnövçülükdə, top və lentlə hərəkətlərdə gümüş, gürzlərdə isə bürünc medal əldə edib. Paris Olimpiadasında Taisiya 9-cu yeri tutub, ötən mövsümə isə Tye(Fransa) və Marbellada(İspaniya) keçirilən Qran-Pri turnirlərində qələbələrlə başlayıb, həmçinin Sofiyada Dünya Kubokunda üç qızıl medal qazanıb.

Marina Malpika

Meksikalı gimnast Cənubi Amerika qitəsinin aparıcı idmançılarından biridir və zəngin nailiyyətlər siyahısına malikdir. O, 2017-ci ildən bəri Panamerika çempionatında səkkiz medal qazanıb. Həmin il Daytona-Biçdə keçirilən yarışda çoxnövçülükdə bürünc, komanda yarışında isə gümüş medal əldə edib.

Üç il əvvəl Rio-de-Janeyroda keçirilən yarışda halqa ilə finalda qalib gəlib, daha sonra Qvadalaxarada top ilə qızıl medal qazanıb. Marina həmçinin Mərkəzi Amerika və Karib hövzəsi Oyunlarında da dəfələrlə uğur qazanıb. Ötənlərdə San-Salvador şəhərində keçirilən yarışda isə beş qızıl medal əldə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:02

«İmaməddin Xəlilovun hədəfi: yenidən paralimpiya və dünya çempionu olmaq;»

Qarabağ FK
Bu gün, 14:00

"Şükür ki, çəkdiyim əziyyətin bəhrəsini görürəm" – Şakir Seyidovun MÜSAHİBƏSİ

Futbol
Bu gün, 13:50

"Xəzər Lənkəran"ın qayıdışı AFFA-nı aşır — sabiq mətbuat katibindən müsahibə

Futbol
Bu gün, 13:49

Real və Liverpul niderlandlı qapıçısını transfer edəcək

Futbol
Bu gün, 13:34

Çelsi yenə xalsız qaldı

Digər
Bu gün, 13:33

Batumda Beşiktaşlı tələbələrə hücum edildi

Futbol
Bu gün, 13:30

"Fransa klubu baş məşqçi vəzifəsinə portuqaliyalı mütəxəssis gətirir"

Futbol
Bu gün, 13:27

«Neftçi müdafiəçisi Rüfət Abbasov qırmızı vərəqə barədə izahat verdi»

Futbol
Bu gün, 13:20

Xabi Alonso: "Çelsi" çətin dövr yaşayır, həll yolları tapmalıyıq

Futbol
Bu gün, 13:20

Abbasov: "Bu oyunda üzərimizdə böyük təzyiq hiss edirdik"

Güləş
Bu gün, 13:20

Polşalı qapıçı Voyçex Şensni "Barselona"dan ayrılır

Futbol
Bu gün, 13:10

Qonsales "İnter Mayami"nin pley-offdan düşməsindən sonra Messini müdafiə etdi

Futbol
Bu gün, 13:10

A Seriyası: "Latsio" liderlikdə, "Roma" və "İnter" təqibdə, "Komo" sürpriz edir, 13-cü turun icmalı

Qarabağ FK
Bu gün, 13:06

Bərdədə Zəfər gününə həsr olunan atletika üzrə rayon birinciliyi keçirilib

Futbol
Bu gün, 13:00

Elxan Məmmədov Fransadan qayıtmaq istəyir - Gənclər və İdman naziri və ya AFFA prezidenti kürsüsünə layiq görülmək iddiasındadır

Futbol
Bu gün, 13:00

Real Madrid futbolçularına və məşqçisinə BMW maşınları hədiyyə edildi

Futbol
Bu gün, 13:00

PAOK "Neftçi"nin bombardirinə rəğmən Yunanıstandan açıqlama

Digər
Bu gün, 12:58

Dünyanın ilk Qol Güləşi Çempionatı: Azərbaycan Komandası Favoritlər Arasında

Digər
Bu gün, 12:48

Azərbaycan Reqbi Federasiyasının prezidenti: "Reqbi bizdə geniş yayılmayıb, belə tədbirlərlə inkişaf edəcək"

Futbol
Bu gün, 12:48

"Neftçi" Zirədəki mövqeyini qorumaq üçün qələbə qazandı

Futbol
Bu gün, 12:41

Ronaldo: «Bizim nəslimizdə hər yerdə əsl qatillər var idi, indi futbolçular daha yaxşı qorunur»

Futbol
Bu gün, 12:30

Qvardiola "Barselona"ya qayıtmağı planlaşdırmır

Futbol
Bu gün, 12:30

UAF hava həyəcanı zamanı matçların təxirə salınması üçün yeni limitlər müəyyən edib

Futbol
Bu gün, 12:30

Mourino: "Real Madrid" soyunub-geyinmə otağında heç bir problem olmayıb, komandada birlik var

Oxşar xəbərlər