"Renn" baş məşqçisi Frank Ez və onun iki köməkçisi – Yohan Ramare və Lilian Nalislə yolları ayırmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
Qarşıdakı oyunda komandaya Sebastyan Tambure, Pyer-Aleksandr Lelyevr və Erve Sekli rəhbərlik edəcəklər.
Ezin postundan uzaqlaşdırıldığı rəsmi təsdiqlənməsə də, o, artıq komandaya rəhbərlik etməyəcək.
Mənbənin sözlərinə görə, Fransa klubu onun yerinə əsas namizəd kimi noyabrın əvvəlində "Sportinq"in baş məşqçisi vəzifəsindən ayrılan Rui Borjesi müəyyənləşdirib.
Qeyd edək ki, Ez 2026-cı ilin fevralından"Renn"ə rəhbərlik edir. Komanda onun dönəmində 14 qələbə qazanıb, 6 heç-heçə edib və 8 oyunda məğlub olub.