top
Xəzər Lənkəranın qayıdışı AFFA-nı aşır — sabiq mətbuat katibindən müsahibə Sportify.az
Bu gün, 13:50
- ↺ +

"Xəzər Lənkəran"ın qayıdışı AFFA-nı aşır — sabiq mətbuat katibindən müsahibə

"Xəzər Lənkəran" klubunun sabiq mətbuat katibi Hüseyn Cəbrayıloğlu Sportify.az-a müsahibəsində onun klubdakı uzunmüddətli fəaliyyəti, komanda ilə bağlı xatirələri, mümkün qayıdış, Mübariz Mənsimovun bu prosesdəki rolu və Lənkəran futbolunun hazırkı vəziyyəti barədə danışılıb. Hazırda üzərində işlədiyi "Xəzər Lənkəran" kitabı ilə bağlı planlarını da açıqlayan Cəbrayıloğlu maraqlı fikirlər səsləndirib.

Bizi Instagramda izləİzləBizi Threads-də izləİzləBizi Telegram-da izləİzləBizi Facebook-da izləİzlə

– 51 yaşınız tamamlandı. Bu münasibətlə sizi təbrik edirik. Hüseyn Cəbrayıloğlu bu gün hansı işlə məşğuldur?

– Təbrikə görə çox sağ olun. Kiçik bir biznesimiz var, onunla məşğulam. 29 yaşımdan hərbi təqaüdçüyəm. Hazırda isə kitab üzərində işləyirəm.

– Kitab hansı mövzudadır?

– "Xəzər Lənkəran" haqqındadır. Çox böyük kitab olma ehtimalı var. Bütün illərin statistikası, maraqlı faktlar, hər mövsümə baxış, toplanışlar haqqında məlumat və s. Hazırda yazı olaraq son tamamlama işləri gedir. Düşünürəm ki, gələn il təqdim edə biləcəyik.

– Ümumiyyətlə, karyeranızın "Xəzər Lənkəran" dövrünü necə dəyərləndirirsiniz?

– Özüm üçün həyatımın mübaliğəsiz ən yadda qalan, ən gözəl günləri "Xəzər Lənkəran"da olub. O insan xoşbəxtdir ki, sevdiyi işdə çalışır. Bunun üzərinə sevdiyin idman növü, sevdiyin klub da gələndə bunu izah etmək belə mümkün deyil. "Xəzər Lənkəran"da həm də klub daxilində gözəl atmosfer var idi.

– Bu klubun bərpa olunacağı barədə deyilənlərin, fəxri prezident Mübariz Mənsimovun adından səslənən fikirlərin real əsası varmı?

– Bərpa ilə bağlı ümid hər gün daha da azalır. Real danışsaq, bu məsələnin həlli AFFA-nı aşır. Əks halda, dönüşün baş verəcəyini düşünmürəm. O mənada, arzu edirəm ki, Lənkərana futbolun qayıtması üçün əməli addımlar atılsın. Bundan bütün ölkə futbolu qazanacaq. Nə qədər ki Lənkəranda futbol yoxdur, ölkə futbolu itirir.

– Nəyə görə bunun AFFA-nı aşan məsələ olduğunu düşünürsünüz?

– Çünki AFFA bunu etmir, hər yerdə belə bir söz yayırlar ki, bizlik deyil. Onda kimlikdir?

– Lənkəranda futbol olmasa da, futzal üzrə I Liqada “Xan Lənkəran” komandası var. Üstəlik, futzal üzrə Azərbaycan millisi Lənkəran Olimpiya İdman Kompleksində Çexiya ilə Avropa çempionatının seçmə oyununu keçirdi. Bu, rayonunuzda futbol növlərinə marağın hələ də yüksək olduğunu göstərirmi?

– Lənkəranda futbol növlərinə maraq həmişə olub. Hazırda rayonumuzda həvəskar səviyyədə ümumilikdə 174 futzal və minifutbol komandası var. Onlar həftədə 3-4 dəfə oynayır, tez-tez özləri mini-çempionat keçirirlər. Amma futzal və böyük futbol ayrı-ayrı növlərdir.

– Yəni, düşünmürsünüz ki, Azərbaycan çempionatında rayonunuzun iki futzal komandasının çıxış etməsi böyük futbolun da qayıdışının başlanğıc nöqtəsi olacaq?

– Qətiyyən. Futbol tam başqa bir şeydir.

– Lənkəran futbolu deyəndə az qala Mübariz Mənsimov başa düşülür. Elə özü də qayıdacağı barədə vaxtaşırı açıqlamalar səsləndirir. Bu mənada, Mənsimovun futbola dönüşü, yoxsa tam gedişi Lənkəranda futbolun qayıdışına təkan ola bilər?

– Lənkəranda ilk futbol komandası 1921-ci ildə yaranıb. Mübariz Mənsimov böyük bir infrastruktur qurub, Lənkərana ilk çempionluq yaşadıb. Amma indi Lənkəran futbolunu ümumilikdə Mənsimovla əlaqələndirmək olmaz. Belə çıxır ki, kiminsə onunla münasibəti pisdirsə, Lənkəranda bir əsr futbol olmayacaq?

– Mübariz Mənsimov əvvəllər demişdi ki, AFFA-nın rəhbərliyi futboldan getsə, qayıdacaq. Artıq Rövnəq Abdullayev erası bitib, yeni rəhbərlikdir. Elə isə Mənsimov və yaratdığı klub niyə qayıtmır?

– Buna hər halda cavabı özü verə bilər. Amma mən Mənsimov olmasam da, bilirdim ki, Rövnəq Abdullayev addır, o gedər, Məmməd gələr. Görünür, problem Məmmədlərdə deyil, ayrıdır.

– Hazırda həmin rəhbərliklə əlaqəniz varmı?

– Klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirovla bayramlarda danışırıq. Bildiyim qədəri ilə indi də işləri var, amma konkret harada işlədiklərini soruşmamışam.

– “Xəzər Lənkəran”ın qayıdışının AFFA-nı aşan məsələ olduğunu dediniz. Amma fəaliyyətdə olduğu vaxtdan klubun futbolçulara xeyli borcu yaranmışdı. Bu borcu ödəmədən "Xəzər Lənkəran" adı ilə qayıdış mümkündürmü?

– Futbolçuların borcunun 1/3 hissəsini də ödəməklə eyni adla qayıdış mümkündür.

– Elə isə borclar niyə ödənilmir: Qayıdışın olmayacağını bildikləri üçünmü?

– 10 ildir ödənməyən pul, kobud dillə, ölmüş pul sayılır. Gedib hansı futbolçuya borcun 1/3-ni versən, şikayətini geri götürər. Amma bu pulu vermək üçün birinci növbədə klubu bərpa etməyi düşünmək lazımdır. Klubun bərpasının borca heç bir aidiyyatı yoxdur. "Xəzər Lənkəran" bu gün də, sabah da bərpa ola bilər. Sadəcə, ortada FIFA-nın sanksiyaları var. Sabah bərpa olunaraq çempionata qoşulduqdan sonra hər 2-3 aydan bir hesabından 6 xal silinəcəksə, avrokuboklara vəsiqə qazandıqdan sonra "Turan Tovuz" kimi iştirak edə bilməyəcəksənsə, ən yaxşısı, bu pulları ödəməkdir. Əlbəttə, bərpanın borclara heç bir aidiyyatı yoxdur. Amma xalların silinməməsi və müxtəlif sanksiyalarla üzləşməmək üçün o pullar ödənməlidir.

– "Xəzər Lənkəran" Mərkəzi Stadionunun yanından keçəndə nə düşünürsünüz?

– 2020-ci ildən sonra stadiona getməmişəm. Oranın sakit və indi dağılmış tribunalarını görmək istəmirəm. Axırıncı dəfə 2020-ci ildə gedib qapı torlarından kiçik bir hissəni kəsib xatirə kimi götürdüm.

– Bunu belə qəbul etmək olarmı ki, klubun dönüşünə heç özünüzün də inamınız qalmayıb?

– İnam və ümid olmadan insan yaşaya bilməz. Heç kim, hətta ən güclü parapsixoloq belə, proqnoz verə bilməzdi ki, 2004-cü ildə anidən "Xəzər Lənkəran" kimi komanda yaranacaq.

– İndi "Xəzər Lənkəran" olmasa da, ən azı bu klubun azarkeşləri qədər insan Gəncə Stadionunda "Kəpəz"in matçlarına gəlir. Gəncədəki bu futbol ab-havasını necə qiymətləndirirsiniz?

– Hər iki şəhər futbolla nəfəs alır və hər iki şəhərin də böyük, tarixi futbol ənənəsi var. O mənada, Gəncə stadionunun dolmasında təəccüblü bir şey yoxdur. Arzu edirəm ki, Gəncə böyüklüyündə şəhərin komandası AFFA-dan asılı olmasın, klubu yerli sahibkarlar, şəxs və ya şəxslər idarə etsin, sahiblənsin. Azad klub olmaq çox gözəl hissdir və Gəncəyə də bu yaraşar. Bizə, Lənkərana gəldikdə isə hələ ki, sakitlikdir. Biz AFFA-nı da başa düşürük, onların da işi çoxdur. Rəsmi oyunda meydana protokolda olmayan futbolçunu buraxmalarından hiss olunur ki, işləri lap çoxdur. Gün o gün olsun ki, Gəncədəki toy-bayramdan bizə də pay düşsün.

– Gəncə və Lənkəran azarkeşləri arasında fərq varmı?

– Fərqi yoxdur. Orada da stadiona orta nəsil çox gedir, bizdə də. Amma digər stadionlarda tribunada yeniyetmələr, hətta uşaqlar çoxluq təşkil edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 14:00

"Şükür ki, çəkdiyim əziyyətin bəhrəsini görürəm" – Şakir Seyidovun MÜSAHİBƏSİ

Futbol
Bu gün, 13:49

Real və Liverpul niderlandlı qapıçısını transfer edəcək

Futbol
Bu gün, 13:34

Çelsi yenə xalsız qaldı

Digər
Bu gün, 13:33

Batumda Beşiktaşlı tələbələrə hücum edildi

Futbol
Bu gün, 13:30

"Fransa klubu baş məşqçi vəzifəsinə portuqaliyalı mütəxəssis gətirir"

Futbol
Bu gün, 13:27

«Neftçi müdafiəçisi Rüfət Abbasov qırmızı vərəqə barədə izahat verdi»

Futbol
Bu gün, 13:20

Xabi Alonso: "Çelsi" çətin dövr yaşayır, həll yolları tapmalıyıq

Futbol
Bu gün, 13:20

Abbasov: "Bu oyunda üzərimizdə böyük təzyiq hiss edirdik"

Güləş
Bu gün, 13:20

Polşalı qapıçı Voyçex Şensni "Barselona"dan ayrılır

Futbol
Bu gün, 13:10

Qonsales "İnter Mayami"nin pley-offdan düşməsindən sonra Messini müdafiə etdi

Futbol
Bu gün, 13:10

A Seriyası: "Latsio" liderlikdə, "Roma" və "İnter" təqibdə, "Komo" sürpriz edir, 13-cü turun icmalı

Qarabağ FK
Bu gün, 13:06

Bərdədə Zəfər gününə həsr olunan atletika üzrə rayon birinciliyi keçirilib

Futbol
Bu gün, 13:00

Elxan Məmmədov Fransadan qayıtmaq istəyir - Gənclər və İdman naziri və ya AFFA prezidenti kürsüsünə layiq görülmək iddiasındadır

Futbol
Bu gün, 13:00

Real Madrid futbolçularına və məşqçisinə BMW maşınları hədiyyə edildi

Futbol
Bu gün, 13:00

PAOK "Neftçi"nin bombardirinə rəğmən Yunanıstandan açıqlama

Digər
Bu gün, 12:58

Dünyanın ilk Qol Güləşi Çempionatı: Azərbaycan Komandası Favoritlər Arasında

Digər
Bu gün, 12:48

Azərbaycan Reqbi Federasiyasının prezidenti: "Reqbi bizdə geniş yayılmayıb, belə tədbirlərlə inkişaf edəcək"

Futbol
Bu gün, 12:48

"Neftçi" Zirədəki mövqeyini qorumaq üçün qələbə qazandı

Futbol
Bu gün, 12:41

Ronaldo: «Bizim nəslimizdə hər yerdə əsl qatillər var idi, indi futbolçular daha yaxşı qorunur»

Futbol
Bu gün, 12:30

Qvardiola "Barselona"ya qayıtmağı planlaşdırmır

Futbol
Bu gün, 12:30

UAF hava həyəcanı zamanı matçların təxirə salınması üçün yeni limitlər müəyyən edib

Futbol
Bu gün, 12:30

Mourino: "Real Madrid" soyunub-geyinmə otağında heç bir problem olmayıb, komandada birlik var

Futbol
Bu gün, 12:30

"Arsenal" "Brugge"nin portuqaliyalı oyunçusu Karlos Forbsu 2027-ci ilin yayında transfer etməyi planlaşdırır

Oxşar xəbərlər