top
Anna Skidan: Analıq və Karyera, Yeni Hədəflər - İDMAN.BİZ-ə MÜSAHİBƏSİ Idman.biz
02 oktyabr 2025, 13:29
- ↺ +

Anna Skidan: Analıq və Karyera, Yeni Hədəflər - İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycanın məşhur atleti, dördqat Olimpiada iştirakçısı Anna Skidan ömrünün həyəcanlı olduğu qədər həm də xoş dövrünü yaşayır. Azərbaycanı çəkicatan bir müddət əvvəl qız anası olub. Analıq sevincini yaşayan idmançımız eyni zamanda karyerası barədə də düşünür. İdmançı qarşısına yeni hədəflər qoyur və növbəti mövsüm üçün hazırlıq prosesi haqqında düşünür.

Bütün bu məqamlar haqqında Anna Skidan İdman.biz-ə geniş müsahibə verib.

Bu ilin avqust ayında ana oldunuz, son ay yarımdır ki, qız övladına sahib olmağın sevincini, həyəcanını yaşayırsınız. Körpənizin və sizin özününzü necə hiss etməyinizi soruşmaq istəyirəm...

-Qızım yaxşıdır, təşəkkür edirəm. Böyüyür, inkişaf edir. Təəssüf ki, ilk bir neçə gündə reanimasiyada qalmaq məcburiyyətində qaldıq, amma şükürlər olsun ki, indi hər şey arxada qalıb. Hazırda özümü yeni ana olan qadın kimi hiss edirəm. Vaxtımı necə idarə edəcəyimi və ondan necə ağıllı istifadə edəcəyimi anlamağa çalışıram.

-Bu mərhələdə hansısa ciddi məşq prosesindən danışmaq yəqin ki, çətindir, bəs necə formada qalırsınız?

-Təəssüf ki, doğum planlaşdırıldığı kimi getmədiyi üçün əsaslı məşq proqramı haqqında danışmaq həqiqətən çətindir. Təbii yolla doğum etməyi planlaşdırırdım, bu mənə daha tez bərpa olunmağa imkan yaradacaqdı. Ancaq Arina başqa cür qərar verdi: son bir ayda uşaq bətndə yerdəyişmə etdi. Biz onun düzgün mövqeyə qayıdacağına ümid edirdik, amma möcüzə baş vermədi. Beləliklə, həkimlərin qərarı ilə qeysəriyyə əməliyyatı keçirdim. Anladığınız kimi, qarın əməliyyatı mənə ağır çəkiləri qaldırmağa və lazım olan gərginliyin altına girməyə imkan vermir. Beləliklə, hələlik, sağalıram və gələn yay üçün hazırlıqlarımı görürəm.

-Siz iki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olmusunuz, növbəti Oyunlar noyabrda Ər-Riyadda keçiriləcək. Gözləntiləriniz nədir?

-Təəssüf ki, yarış mənsiz keçiriləcək. İyun ayında milli federasiya mənə bildirdi ki, İslam Oyunlarına vəsiqə qazanmaq üçün yanvardan sentyabr ayına kimi normativi yerinə yetyirməliyəm. Hətta mənim üçün Bakıda normativi verməyə şərait də yaradıldı. Amma əməliyyatdan sonra qısa müddətdə dörd kiloqramlıq çəkici atmaq mümkün deyil. Axı, aləti fırladarkən mərkəzdənqaçma qüvvəsi 300 kq-dan çox ola bilər. Ona görə də sentyabrda yarışa bilmədim. Federasiya mənim əvvəlki illərdə çempion olduğumu əsas gətirərək təsnifat yarışlarında iştirakım olmadan Oyunlara qatılmağıma icazə verilməsi ilə bağlı İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə müraciət edib. Təəssüf ki, imtina cavabı alınıb.

-Bu il yarışları və məlum səbəblərdən Dünya Çempionatını buraxdınız. Turnirlərdə iştirak etmək üçün darıxmısınız?

- Darıxmışam, həm də çox. Bütün il boyu müxtəlif yarışların verilişlərini qaçırmamışam. Və təbii ki, dünya çempionatı zamanı Tokiodan reportajlara baxdım.

- Ümumiyyətlə, çəkicatma məşqlərinin xüsusiyyətləri nədən ibarətdir? Nəyə diqqət yetirirsiniz?

-Bizim idman növü mürəkkəb koordinasiyalıdır, yəni əsas diqqət texniki və güc hazırlığına yönəlir. İlin bütün fəsillərində və istənilən hava şəraitində açıq havada çoxlu texniki məşqlər aparılır. Buraya həm uzun məsafəli fırlatmalar, həm də qısa və ağır çəkili çəkiclə işlər daxildir. Bundan əlavə, qısa sapla bağlanmış disk formasında uyğunlaşdırılmış alətlərlə məşqlər keçirilir. Təbii ki, gücü artırmaq üçün ştanqla edilən əsas güc hərəkətləri də məşqlərdə mühüm yer tutur.

-İki il əvvəl Budapeştdə keçirilən dünya çempionatında siz 77.10 metr nəticə göstərərək milli rekordu müəyyənləşdirdiniz. Bu nailiyyəti yeniləmək planınız varmı?

Bəli, buna çox ümid edirəm. Peşəkar idmana qayıtdıqdan sonra bu istiqamətdə ciddi şəkildə çalışacağam.

Sizin artıq dörd Olimpiadada iştirak təcrübəniz var. Yəqin ki, planlarınızda Los-Anceles də var?

Bəli, var. Qoyduğum məqsədə çatmağı çox istəyirəm və bu imkana hələ də sahib olduğuma görə Allaha minnətdaram.

Ümumilikdə, qarşıda Olimpiyadaya qədər dövr üçün qarşınıza hansı hədəfləri qoymusunuz?

Olimpiadadan əvvəl, qarşıda gələn il Avropa çempionatı keçiriləcək. 2027-ci ildə isə, Los-Ancelesdən bir qədər əvvəl dünya çempionatı olacaq. Və əlbəttə, növbəti Yay Olimpiya Oyunlarını da nəzərdə tuturam. Məqsədim bu üç yarışa ən yaxşı formada hazırlaşmaq və hər birində medal qazanmaqdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Futbol
Bu gün, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Minifutbol
Bu gün, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Futbol
Bu gün, 18:13

Arda Güler UEFA Çempionlar Liqasında AEK ilə oynayacaq "Real Madrid" heyətində yer almadı

Futbol
Bu gün, 18:00

II Liqa 9-cu tur: "Qaradağ Lökbatan" zirvədə, "Şirvan" ikinci pillədə

Futbol
Bu gün, 17:50

Rəvan Həmzəzadə VII tur I Liqa məclisində hakim olaraq iştirak edir

Futbol
Bu gün, 17:33

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümündə qrup rəqibləri açıqlanıb

Futbol
Bu gün, 17:33

Barselona Həmzə Əbdülkərim iki heyətə çağırıldı

Oxşar xəbərlər