top
Sabiq baş məşqçi: Araz-Naxçıvanın Çempionlar Liqasına qayıtması məni sevindirir Idman.biz
24 noyabr 2025, 15:55
- ↺ +

Sabiq baş məşqçi: "Araz-Naxçıvan"ın Çempionlar Liqasına qayıtması məni sevindirir

"Araz-Naxçıvan"ın bu mövsüm Çempionlar Liqasındakı oyunlarını izləmişəm. Şadam ki, komanda aid olduğu yerə geri dönüb. Çünki onların Azərbaycan futzalında böyük tarixi var".

Bu sözləri futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan" komandasının braziliyalı keçmiş baş məşqçisi Joze Alesio Naxçıvan təmsilçisinin UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Portuqaliyanın "Benfika" klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

O, Lissabon təmsilçisinin çətin rəqib olduğunu bildirib: "Komanda uzun illər çempionatda dominantlıq edən "Sportinq"i taxtdan salaraq ötən mövsüm Portuqaliya liqasının qızıl medallarını qazandı. Bu kollektivin baş məşqçisi mənim dostum və keçmiş komanda yoldaşımdır. Hazırda Lissabon təmsilçisi əla formadadır. Komanda təxminən iki ildir ki eyni fəlsəfə ilə irəliləyir. "Benfika" yaxşı texniki keyfiyyətə, fiziki gücə, intensivliyə və hərəkətliliyə malik kollektivdir. Bu amillər istənilən rəqibin işini çətinləşdirir. "Araz-Naxçıvan" ilk matçda uğurlu nəticə istəyirsə, yaxşı oyun göstərməlidir", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Braziliyalı mütəxəssis Portuqaliya futzalının inkişaf etdiyini vurğulayıb: "Portuqaliyanın futzal ölkələri hesab olunan Braziliya və İspaniyanı geridə qoyaraq, dünya, Avropa çempionu olması təsadüfi deyil. Portuqaliya futzalı illər ərzində əhəmiyyətli dərəcədə inkişaf edib".

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək "Araz-Naxçıvan" - "Benfika" görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu dekabrın 5-də reallaşacaq. Bu cütün qalibi 1/4 finalda AEK (Yunanıstan) – "Sportinq" (Portuqaliya) duelinin güclüsü ilə qarşılaşacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Dünən, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Dünən, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Dünən, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Dünən, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Dünən, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Dünən, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Dünən, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Dünən, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Dünən, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Dünən, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Oxşar xəbərlər