top
Naxçıvanda dövlət qurumları arasında Heydər Əliyev Kuboku futzal turniri keçiriləcək Sport24.az
08 may 2026, 18:59
- +

Naxçıvanda dövlət qurumları arasında "Heydər Əliyev Kuboku" futzal turniri keçiriləcək

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turniri keçiriləcək. Sport24.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışda 20 komanda iştirak edəcək. 

 

Bu gün turnirin püşkatma mərasimi reallaşıb. Təşkilatçı qurumların nümayəndələri tədbirdə iştirak edən komandaların təmsilçilərini salamlayaraq yarışın əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, ümummili liderin xatirəsi idman ictimaiyyəti üçün daim əziz tutulur, hər il dahi şəxsiyyətin doğum və anım günləri ilə bağlı silsilə tədbirlər keçirilir. Budəfəki futzal turnirinə də marağın yüksək olduğu vurğulanıb, idmanda kütləviliyin təmini, sağlam həyat tərzinin təbliği baxımından, o cümlədən qurumlararası əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti önə çəkilib. 

 

Turnirin reqlamenti barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Sonra püşkatmaya başlanılıb. Püşkatmanın nəticələrinə uyğun olaraq hər birində 5 komanda olmaqla, 4 qrup formalaşdırılıb. 

 

Qeyd edək ki, mayın 16-da start götürəcək turnirin oyunları İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – "Heydər Əliyev Kuboku" təqdim olunacaq. 

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:24

DÇ-2026: Braziliya Şotlandiyanı 3:0 məğlub edib

Futbol
Bu gün, 04:05

DÇ-2026: Braziliya və Mərakeş qrup mərhələsində qələbə qazanıb

Futbol
Bu gün, 03:05

Dünya çempionatında onuncu avtoqol qeydə alınıb

Futbol
Bu gün, 02:07

2026-cı il dünya çempionatında Qətər də mübariziyyəti dayandırdı

Futbol
Bu gün, 01:43

İngiltərə Panthers ilə oyunu iki aparıcı oyunçusu olmadan keçirə bilər

Futbol
Bu gün, 01:22

Jeremi Doku Belçika millisinə qayıdıb

Futbol
Bu gün, 00:48

DÇ-2026: Bosniya və İsveçrə qollarla irəlidə

Futbol
Bu gün, 00:37

DÇ-2026: Bosniya və İsveçrə qarşılaşmalarinda qollar vurub

Futbol
Bu gün, 00:25

“Qarabağ” legionerləri Fransanın dünya çempionu olacağını düşünürlər

Futbol
Bu gün, 00:18

DÇ-2026: Bosniya və İsveçrə qələbə qazandı

Futbol
Bu gün, 00:06

DÇ-2026: Bosniya və İsveçrə qələbə qazandı

Futbol
Bu gün, 00:02

DÇ-2026: Bosniya və Herseqovina qələbə qazandı, İsveçrə-Kanada matçasında heç-heçə

Futbol
Dünən, 23:49

Dünya Çempionatında Kanada və İsveçrə arasında görüş heç-heçə ilə davam edir

Cüdo
Dünən, 23:45

Cüdo məşqçiləri üçün seminar keçirilir

Futbol
Dünən, 23:35

DÇ-2026: Bosniya və Herseqovina Qətəri 2:0 məğlub edib

Futbol
Dünən, 23:30

DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edir - YENİLƏNİR

Basketbol
Dünən, 23:17

"Sabah" BK latviyalı basketbolçu ilə yollarını ayıradı

Güləş
Dünən, 22:56

Praqada cüdo üzrə Avropa açıq turniri

Futbol
Dünən, 22:45

Thomas Tuchel: “Heç kim hər oyunda 4 qol vuraraq çempion olmayıb”

Futbol
Dünən, 22:26

Yuventus Temmi Abrahama maraq göstərir

Futbol
Dünən, 21:57

Aaron Remzi “Oksford Yunayted”in baş məşqçisi təyin olundu

Futbol
Dünən, 21:43

Lionel Messinin ad günü qeyd olunub

Futbol
Dünən, 21:28

Tottenhem qapıçısı ilə yeni müqavilə üçün danışıqlara başlayıb

Olimpiada
Dünən, 21:13

BOK Olimpiya iştirakçılarına 10 min dollar qrant ayırır

Oxşar xəbərlər