top
Namiq Məmmədkərimov: Milliyə inanıram, amma nəticə faciəvi idi Sport24.az
16 yanvar 2026, 13:00
- ↺ +

Namiq Məmmədkərimov: Milliyə inanıram, amma nəticə faciəvi idi

"Danimarka millisinin heyətinə nəzər salsaq, kifayət qədər təcrübəli futzalçılarının olduğunu görə bilərik. Çempionatlarında 10 komanda iştirak edir. Danimarka yığması ilə oyun heç də asan keçməyəcək. Buna baxmayaraq, həmişəki kimi millimizə inanırıq". Bunu Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimov deyib.

Təcrübəli futzalçı millimizin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarından gözləntilərini açıqlayıb:

"Millimizin son İslam Oyunlarındakı çıxışı hamı kimi məni də qane etmədi. Milli olaraq Özbəkistana böyük hesabla uduzmağımız heç də xoş deyil. Düzdür, həmin vaxt "Araz-Naxçıvan" Çempionlar Liqasında çıxış edirdi, bəzi futzalçılar sonradan komandaya qoşuldu. Buna baxmayaraq, nəticə faciəvi oldu. Həvəsdən düşməli deyilik. Perspektivli oyunçular var. Onlar özlərini komandalarında göstərməlidirlər. O vaxtı millidə səviyyəli braziliyalı oyunçular çıxış edirdi. Onların haqqını danmırıq. Amma biz də boş dayanmırdıq, daim üzərimizdə işləyirdik. Olurdu ki, braziliyalılardan kimsə zədələnirdi, biz onu layiqincə əvəz edə bilirdik. Heç vaxt həvəsdən düşməmişik. İndi millidə yalnız Azərbaycanlı futzalçılar oynayır. Bunun özünün bir gözəlliyi var. Özünü yaxşı tərəfdən götərənlər həmişə yığmada oynaya bilər. Yoldaşlıq matçları nə qədər çox olsa, yaxşıdır. Millimizə uğurlar arzu edirəm".

Qeyd edək ki, milli yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Futbol
Bu gün, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Voleybol
Bu gün, 09:38

Turan qadın voleybol komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 09:27

İspaniya mətbuatı Sabah-da oynayan sabiq Barselona yetirmə Sebalyos və Kamaranı araşdırıb

Futbol
Bu gün, 09:23

UEFA Gənclər Liqasında Sabahın U-19 komandası beşinci oyunu oynayacaq

Futbol
Bu gün, 09:22

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video

Futbol
Bu gün, 09:20

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçi cütlükləri

Futbol
Bu gün, 09:10

Kubarsının "Sabah"–"Barselona" matçında oynaması sual altındadır

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Futbol
Bu gün, 09:08

Paulo Dibala: PSJ-yə keçməyə çox yaxın idim, peşmanlığım yoxdur

Futbol
Bu gün, 09:00

Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Futbol
Bu gün, 09:00

"Sabah" Barcelona ilə Çempionlar Liqası turnirində qarşılaşacaq

Futbol
Bu gün, 08:52

Rafinya hat‑trik etməyi hədəfləyir

Futbol
Bu gün, 08:40

Çempionlar Liqasının 10 Favorit Klubunun Siyahısı

Futbol
Bu gün, 08:30

“Sabah” La Liqada çıxış etsə, neçənci yeri tutar?

Futbol
Bu gün, 08:20

Zurab O'çiqava Polşa klubunda köməkçi məşqçi olacaq

Qarabağ FK
Bu gün, 08:17

“Sabah”ın ispaniyalı mütəxəssisi: “Barselona qarşısında qələbə çətin olacaq, amma mümkündür”

Futbol
Bu gün, 08:07

Bruno Fernandes, Ronaldun milli komanda daxilində hörmətsizliyinə şübhə göstərdi

Futbol
Bu gün, 08:00

Azərbaycan təmsilçisi "Sabah" Barselona ilə qarşılaşacaq

Oxşar xəbərlər