top
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatına hazır: Rəqiblər güclənib, arxayınlıq yoxdur Idman.biz
25 may 2026, 15:11
- ↺ +

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatına hazır: Rəqiblər güclənib, arxayınlıq yoxdur

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı öncəsi hazırlıqlarını başa vurub. Komandanın baş məşqçisi Elşad Quliyev, futbolçu Ramiz Çovdarov və qapıçı Vəli Qafarov qarşıdakı turnirlə bağlı fikirlərini bölüşüblər.

İdman.Biz xəbər verir ki, baş məşqçi Elşad Quliyev hazırlıq prosesindən razı qaldığını bildirib:

"Təlim-məşq toplanışı yaxşı keçib. Komanda hazır vəziyyətdədir və hər şey qaydasındadır. İstədiyimiz şəkildə hazırlaşmışıq. Təmkin Xəlilzadə və Elvin Əlizadənin müəyyən zədə problemləri var. Amma onların yoxluğunun ciddi hiss olunacağına inanmıram. İlk məqsədimiz qrupdan uğurlu nəticə ilə çıxmaqdır. Dünya reytinqində birinci yerdəyik, buna görə də rəqiblərin bizə qarşı xüsusi motivasiya ilə çıxış edəcəklərini gözləyirik. Arxayınlıq yoxdur".

Millinin futbolçusu Ramiz Çovdarov isə komandanın əsas hədəfinin azarkeşləri sevindirmək olduğunu vurğulayıb:

"Turnirə tam hazırıq. Dünya çempionu kimi Avropa çempionatına yollanırıq və istəyirik ki, burada da qızıl medal qazanaraq bizə dəstək olan azarkeşləri sevindirək. Dünya çempionu olmağımız rəqibləri daha da motivasiya edir. Hər kəs titul sahibini məğlub etmək istəyir. Bu da işimizi çətinləşdirir. Amma əlimizdən gələni etməyə hazırıq".

Komandanın qapıçısı Vəli Qafarov da rəqiblərin ciddi hazırlaşdığını bildirib:

"Ölkə çempionatı bitən kimi hazırlıqlara başladıq, yoldaşlıq görüşləri keçirdik və müxtəlif turnirlərdə iştirak etdik. Avropa çempionatına dünya reytinqinin lideri kimi gedirik və hər kəs bizə qarşı fərqli hazırlaşacaq. Amma biz də rəqiblərə qarşı xüsusi hazırlıq keçmişik. Dünya çempionatından sonra rəqiblərimiz də gücləniblər. Xüsusilə İtaliya və Fransa yığmaları inkişaf ediblər. Buna görə bütün rəqiblərdən təhlükə gözləyirik".

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək keçiriləcək. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Oxşar xəbərlər