top
Minifutbol Federasiyası 2025-ci ilin uğurlarını dəyərləndirib, 2026-cı il üçün əsas hədəfi Avropa çempionluğu elan edib Idman.biz
25 dekabr 2025, 21:14
- ↺ +

Minifutbol Federasiyası 2025-ci ilin uğurlarını dəyərləndirib, 2026-cı il üçün əsas hədəfi Avropa çempionluğu elan edib

"Azərbaycan Minifutbol Federasiyasının 2025-ci il üçün qarşıya qoyduğu əsas məqsədlər uğurla reallaşdırılıb".

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov 2025-ci ilin yekunlarını dəyərləndirərkən deyib.

O, AZƏRTAC-a açıqlamasında bildirib ki, bu il federasiya üçün əsas prioritetlərdən biri ölkəmizdə dünya çempionatının yüksək səviyyədə təşkili, digər mühüm hədəf isə milli komandanın ev sahibi olduğumuz turnirdə çempion olması idi: "Şükürlər olsun ki, hər iki məqsədimizə nail olduq. Həm təşkilati, həm də idman nəticələri baxımından Azərbaycan minifutbolu tarixində əlamətdar il yaşadıq. Əldə olunan uğurlar ölkə rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Gənclər və İdman Nazirliyinin ilin yekunları ilə bağlı tədbirində Azərbaycan Minifutbol Federasiyası ölkə daxilində keçirilən beynəlxalq yarışların ən yaxşı ikinci təşkilatçısı kimi mükafatlandırıldı. Eyni zamanda, yığmamız 2025-ci ilin ən yaxşı milli komandası nominasiyasında qalib oldu. Bu, bizim üçün böyük qürur və məsuliyyətdir".

Orxan Hüseynov qeyd edib ki, mövsüm ərzində müəyyən çətinliklər də yaşanıb: "Təəssüf ki, sponsorlara görə bu il Avropa klubları arasında keçirilən "EuroCup" turnirində ölkəmizin heç bir təmsilçisi iştirak edə bilmədi. Son ana qədər ümid var idi, lakin bu, mümkün olmadı".

Bununla yanaşı, baş katib Azərbaycan minifutbolu üçün mühüm tarixi məqamın yaşandığını vurğulayıb: "Ölkəmiz ilk dəfə Çempionlar Liqasında üç komanda – "Aznur", "Zirə" və "Birbaşa" ilə təmsil olundu. Təəssüf ki, komandalardan heç biri çempion ola bilmədi. Həmçinin "Azərsun" minifutbol komandası Türkiyənin Antalya şəhərində keçirilən "Avropa Biznes Kuboku"nda dördüncü dəfə iştirak etsə də, əvvəlki illərlə müqayisədə daha zəif təsir bağışladı".

Onun sözlərinə görə, federasiya rəhbərliyi artıq 2026-cı il üçün əsas hədəfləri müəyyənləşdirib: "Slovakiyanın paytaxtı Bratislavada 27 may – 4 iyun tarixlərində keçiriləcək Avropa çempionatında milli komandamızın qızıl medal qazanması əsas vəzifə kimi qarşıya qoyulub. Bu məqsədə çatmaq üçün milli komanda apreldən etibarən təlim-məşq toplanışına başlayacaq. Hazırlıq prosesi ölkə daxilində və xaricində olmaqla, iki mərhələdə həyata keçiriləcək. Avropa çempionatı öncəsi bir neçə beynəlxalq yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır. Amma hazırlıq mərhələsinin hansı tarixdə keçiriləcəyi bəlli deyil".

O.Hüseynov gələn il Azərbaycanda nüfuzlu beynəlxalq turnirin keçirilməsi istiqamətində rəsmi müzakirələrin aparılmadığını əlavə edib: "Bakıdakı sonuncu dünya çempionatı sübut etdi ki, biz bu cür yarışları yüksək səviyyədə təşkil etməyə qadirik. Lakin yaxın dövr üçün planlaşdırılan yeni turnir yoxdur. Dünya çempionatının yenidən Azərbaycanda keçirilməsi mümkün deyil və Avropa Çempionatının ev sahibliyi məsələsi yalnız Azərbaycanın istəyindən asılı deyil".

Qurum rəsmisi hazırda davam edən minifutbol üzrə Azərbaycan çempionatının gələn il mart ayının sonu və ya aprelin əvvəlində başa çatacağını, final qarşılaşmasının yüksək səviyyədə təşkil ediləcəyini diqqətə çatdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Oxşar xəbərlər