Azərbaycanın minifutbol komandası legioner oyunçu transfer edib. Spor24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Mavritaniyalı futbolçu Mohamed Bagayoko "AzNur"a keçib.
Qeyd edək ki, "AzNur" ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək. Komandanın rəqibləri "Almatı" (Qazaxıstan), "Oviedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri olacaq.