Bu gün Azərbaycanın FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının final mərhələsi çərçivəsində keçiriləcək oyuna təyinat alıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Həmyerlimiz A qrupunda keçiriləcək Gürcüstan - Fransa görüşündə üçüncü hakim funksiyasını yerinə yetirəcək.
Görüş saat 19:00-da Kaunasdakı 17 500 azarkeş tutumu olan "Jalgiris Arena"da keçiriləcək.
Qarşılaşmanın baş hakimi Sloveniyadan olan Aleş Moçnik Periç olacaq. Ona həmvətəni Dejan Veseliç kömək edəcək.