top
Futzal üzrə Azərbaycan çempionatlarının 2025-2026-cı il mövsümünün püşkatma mərasimi keçirilib Idman.biz
08 sentyabr 2025, 13:13
- ↺ +

Futzal üzrə Azərbaycan çempionatlarının 2025-2026-cı il mövsümünün püşkatma mərasimi keçirilib

Bu gün Yüksək və Birinci liqalarda yeni – 2025-2026-cı illər mövsümünün püşkü atılıb.

İdman.biz xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil edilən mərasimdə əvvəlcə UEFA Çempionlar Liqasında ilkin mərhələni uğurla başa vuran və əsas mərhələdə iştirak hüququ qazanan "Araz-Naxçıvan"a təbriklər çatdırılıb.

Yüksək Liqada 6 komanda yarışacaq. Onlardan "Lənkəran" MFK debütantdır. Oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Ən çox xal toplayan komanda çempion elan olunacaq və növbəti mövsüm ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək. Əsasnamədə edilən dəyişikliklərlə bağlı klub nümayəndələrinə məlumatlar verilib. Yeni mövsümdə Yüksək Liqada legionerlərlə bağlı limiti tətbiq olmayacaq. Komandalar iştirak ərizəsinə və oyunun protokoluna icazə verilən sayda əcnəbi futzalçının adını daxil edə biləcəklər. İlk turda ötən çempionatın qızıl və gümüş medalçıları üz-üzə gələcək.

Birinci Liqada isə 10 komanda iştirak edəcək. Bir dövrədən ibarət olacaq dairəvi sistemin sonunda ilk "4-lük"də qərarlaşan kollektivlər pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi 4-cü, 2-ci yerin sahibi isə 3-cü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. Yüksək Liqadan fərqli olaraq aşağı liqada legionerlərlə bağlı limiti tətbiq ediləcək. Komandalar 4 həvəskar statuslu əcnəbini sifariş edə və oynada biləcəklər. Yüksək Liqaya sentyabrın 18-də, Birinci Liqaya isə oktyabrın 9-da start veriləcək.

Yüksək Liqa
I tur
18 sentyabr

U-19 – Şuşa
Neftçi İK – Lənkəran
Baku Fire – Araz-Naxçıvan

Birinci Liqa
I tur
9 oktyabr

Baku Fire-2 – STAR kargo
Atletiko Baku – Ulduz
Xan-Lənkəran – Trabzon-Azərbaycan
Dəstə Ordubad – PFL
Yeni Suraxanı – Timsport

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 11:14

Bakıda cüdo məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçiriləcək

Basketbol
Bu gün, 11:11

Stiv Kerr MBA-da ən çox qazanan baş məşqçi oldu

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

Futbol
Bu gün, 10:59

Milanın fransalı yarımmüdafiəçisi Rabyo 2030-ə qədər müqaviləni uzatmaq üçün hazır

Futbol
Bu gün, 10:56

Haaland öz soyadının əmtəə nişanı kimi qeydiyyatına qarşı məhkəməyə baş vurub

Futbol
Bu gün, 10:55

UEFA Avropa Liqasında Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən eyni stadionda olacaq

Şahmat
Bu gün, 10:54

Cenevrədə Qukeş–Sindarov matçının ilk partiyası heç-heçə ilə başa çatdı

Futbol
Bu gün, 10:40

Mbappe Real Madridin tarixində 105 qol ilə Ronaldoyu geridə qoydu

Futbol
Bu gün, 10:40

ÇL V turunda PSJ Roma ilə, Şaxtyor isə Fənərbağça ilə qarşılaşır

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Futbol
Bu gün, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Voleybol
Bu gün, 09:38

Turan qadın voleybol komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 09:27

İspaniya mətbuatı Sabah-da oynayan sabiq Barselona yetirmə Sebalyos və Kamaranı araşdırıb

Futbol
Bu gün, 09:23

UEFA Gənclər Liqasında Sabahın U-19 komandası beşinci oyunu oynayacaq

Futbol
Bu gün, 09:22

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video

Futbol
Bu gün, 09:20

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçi cütlükləri

Futbol
Bu gün, 09:10

Kubarsının "Sabah"–"Barselona" matçında oynaması sual altındadır

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Oxşar xəbərlər