top
Elşad Quliyev: Zirənin Çempionlar Liqasında əsas hədəfi finaldır Report.az
02 sentyabr 2025, 15:03
- ↺ +

Elşad Quliyev: "Zirə"nin Çempionlar Liqasında əsas hədəfi finaldır

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Zirə"nin əsas hədəfi finalda oynamaqdır.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis hazırlıq prosesi haqqında da danışıb:

"Asan olmayacağını düşünürəm. Çünki güclü komandalar iştirak edirlər. Demək olar hər birinin heyətində çıxış edənlərin əksəriyyəti milli üzvləridir. Yaxşı nəticə ilə qrup mərhələsini adlamağa çalışacağıq. Əsas hədəfimiz qrupdan itkisiz çıxmaq və Çempionlar Liqasının finalına qədər irəliləməkdir. Hazırlıq prosesinə gəlincə, ay yarımdır məşqlərə başlamışıq, fiziki məşqləri bitirmişik. Həftəsonu "Birbaşa Bakı" və "Aznur"la yoxlama oyunları keçirməyə çalışacağıq. Növbəti həftədən isə belə matçların sayını çoxaltmaq, heyəti tam komplektləşdirmək niyyətindəyik. Azərbaycan çempionatı daha tez başlasaydı, bizim üçün nisbətən rahat olardı. Ümid edirəm ki, Minifutbol Federasiyası gələcəkdə bunu nəzərə alacaq. Bir neçə oyun keçirdikdən sonra yarışa yollananda komanda daha yaxşı formada olur".

Məşqçi oyunların sıx qrafikdə keçiriləcəyinə görə narahatlığını ifadə edib:

"Oyunlar sıx qrafikdə, yəni qısa müddət ərzində keçiriləcək. Ona görə də çətinlik yaşayacağımızı düşünürəm. Həmçinin digər klublar üçün də durum eynidir. Arzu etmədiyimiz bir formatdır. Bu məsələni təşkilatçılar qarşısında qaldırmağı düşünürük. Qrupdan çıxsaq, hər gün iki oyun keçirməli olacağıq. Heyətdəki meydan oyunçularının üzərinə böyük yük düşəcək. Yaxşı hazırlaşırıq, hər cür şəraitimiz var. Heyətə gənc futbolçular götürmüşük. Komandanın demək olar 50 faizini yeniləmişik. Daha sürətli kollektiv formalaşdırmaq, gələcəkdə milliyə gənc oyunçular qazandırmaq istəyirik. Komandamız yenidir, amma istənilən halda çətinliklərə baxmayaraq, məqsədimiz finalda oynamaqdır. Bunların öhdəsindən gələcək gücdəyik".

O, qrupda yer alan rəqibləri də dəyərləndirib:

"Qrupumuzda yer alan Slovakiya komandası güclüdür. Oyunçularını tanıyırıq. Heyətin əsası milli üzvlərindən təşkil olunub. Yığma səviyyəsində Slovakiya komandasına qarşı bir neçə çətin oyun keçirmişik. İsrail klubu da yaxşıdır. Amma Macarıstan təmsilçisini tanımırıq və heyəti ilə bağlı məlumatımız yoxdur. Ümumilikdə rəqiblərin bizdən güclü olduğunu deməzdim".

E.Quliyev Azərbaycanın digər klubları "Birbaşa Bakı" və "Aznur"un da çətin qrupa düşdüyünü vurğulayıb:

"Fikrimcə, Azərbaycan komandalarından "Birbaşa Bakı" ən çətin qrupa düşüb. "Aznur"un da rəqibləri zəif deyil. Qarşılaşacaqları komandalar arasında İspaniya təmsilçisi də var. Ümumiyyətlə, hər üç qrup çətindir".

Qeyd edək ki, "Zirə" C qrupunda "Red Meat Afula" (İsrail), "MF 22 Jakmart Humenne" (Slovakiya) və "Budapeşt" (Macarıstan) klubları ilə qarşılaşacaq.

Çempionlar Liqası sentyabrın 17-dən 21-nə qədər Bolqarıstanın paytaxtı Sofiyadakı Boyana Futbol Mərkəzində təşkil olunacaq.

minifutbol Çempionlar Liqası "Zirə" klubu qrup final
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Oxşar xəbərlər