top
Elşad Quliyev: Tələbə futzalçılarının Avropa çempionatında qrupdan çıxmaq şansları yüksəkdir Report.az
01 iyul 2025, 14:41
- ↺ +

Elşad Quliyev: Tələbə futzalçılarının Avropa çempionatında qrupdan çıxmaq şansları yüksəkdir

Azərbaycanın tələbələrdən ibarət futzal komandasının baş məşqçisi Elşad Quliyev Avropa çempionatına hazırlıqları dəyərləndirib.

Mütəxəssis bu barədə "Report"a açıqlama verib.

O, heyətin gənc oyunçulardan təşkil olunduğunu söyləyib:

"Əslində Avropa çempionatına hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Fiziki hazırlıq dövrünü geridə qoymuşuq. Bu gündən məşqləri zalda davam etdiririk, taktiki-texniki hazırlıq keçirik. Heyətimiz pis deyil, cavan oyunçulardır. Demək olar ki, əksəriyyəti futzal oynayanlardır. Kənan Manafovu, Xəzər Ağalızadəni, Ülvi Əliyevi, Eldar Zeynalovu, Vladislav Reznovu, Nurlan Mehdizadəni, Fərid Abbasovu, minifutboldan gələn Vüsal İsayevi qeyd edə bilərəm".

Baş məşqçi qrupdan çıxacaqlarına ümid edir:

"Ötən il Universiadada beşinci yeri tutmuşduq. Penaltilər seriyasında məğlub olduğumuz İspaniya yığması isə çempionluğu qazanmışdı. Bu il daha yaxşı nəticə əldə etmək istəyirik. Əsas məqsədimiz qrupdan çox güc itirmədən çıxmaqdır. Əvvəl reytinqimizə görə dördüncü səbətdə idik. Burdan irəli getmək çox çətindir. Çünki qrupda daha güclü olan iki komandanı keçməlisən. Hesablamalarıma görə bu dəfə ikinci səbətdə yer almalıyıq. Belədə qrupda bizdən güclü cəmi bir komanda olacaq. Fiziki durumumuz yaxşıdır, potensialımız var, heyətimiz genişdir. Avropa çempionatında 24 komanda iştirak edəcək. İnanıram ki, istəyimizə nail ola biləcəyik".

Qeyd edək ki, Xorvatiyada keçiriləcək Avropa çempionatının püşkü iyulun 16-da atılacaq. Ayın 17-də isə yarışa start veriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:43

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Basketbol
Bu gün, 10:38

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Futbol
Bu gün, 09:08

“Çelsi” Estevao Villianın PSJ-yə icarəsi üçün üç şərt təqdim edib

Güləş
Bu gün, 09:04

Azərbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsi iki oyunla yekunlaşdırılacaq

Oxşar xəbərlər