top
Azərbaycan Ordusunda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol birinciliyinin bağlanış mərasimi keçirilib - FOTO Idman.biz
09 may 2026, 10:37
- ↺ +

Azərbaycan Ordusunda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol birinciliyinin bağlanış mərasimi keçirilib - FOTO

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Nazirliyin baş idarə və idarələri, xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan minifutbol birinciliyinin bağlanış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Mərkəzi Ordu İdman Klubunun bazasında keçirilən birincilikdə əvvəlcə Ulu Öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Bağlanış mərasimində çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Cavid Ağayev bu cür yarışların hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında və komanda ruhunun möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq, qalib komandaları Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) referisi tərəfindən idarə olunan final görüşündə Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən yarışda Hərbi Dəniz Qüvvələrinin komandası birinciliyin qalibi olub.

Tədbirin sonunda qalib komandalara kubok və medallar təqdim olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçi cütlükləri

Futbol
Bu gün, 09:10

Kubarsının "Sabah"–"Barselona" matçında oynaması sual altındadır

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Futbol
Bu gün, 09:08

Paulo Dibala: PSJ-yə keçməyə çox yaxın idim, peşmanlığım yoxdur

Futbol
Bu gün, 09:00

Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Futbol
Bu gün, 09:00

"Sabah" Barcelona ilə Çempionlar Liqası turnirində qarşılaşacaq

Futbol
Bu gün, 08:52

Rafinya hat‑trik etməyi hədəfləyir

Futbol
Bu gün, 08:40

Çempionlar Liqasının 10 Favorit Klubunun Siyahısı

Futbol
Bu gün, 08:30

“Sabah” La Liqada çıxış etsə, neçənci yeri tutar?

Futbol
Bu gün, 08:20

Zurab O'çiqava Polşa klubunda köməkçi məşqçi olacaq

Qarabağ FK
Bu gün, 08:17

“Sabah”ın ispaniyalı mütəxəssisi: “Barselona qarşısında qələbə çətin olacaq, amma mümkündür”

Futbol
Bu gün, 08:07

Bruno Fernandes, Ronaldun milli komanda daxilində hörmətsizliyinə şübhə göstərdi

Futbol
Bu gün, 08:00

Azərbaycan təmsilçisi "Sabah" Barselona ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:00

Azərbaycan çempionu "Sabah" Barselona ilə üz-üzə!

Voleybol
Bu gün, 08:00

“Milli Aviasiya Akademiyası” “Naxçıvan”ı məğlub edərək xal fərqini artırdı

Futbol
Bu gün, 08:00

Real Madrid Champions League pley-off yerini rəsmi olaraq təmin etdi

Futbol
Bu gün, 07:16

“Real Madrid” futbolçusu “Atlético”da transfer hədəfi

Futbol
Bu gün, 07:00

15 yaşında ulduz, 22-də məhbus: Cermeyn Pennantın karyerasının çətin yolu

Digər
Bu gün, 07:00

Noyabrın 25-də gözlənilən hava şəraiti: yağış və dağlıq ərazilərdə qar ehtimalı

Futbol
Bu gün, 06:13

Dieqo Simeone “Atletiko”dakı gələcəyi barədə susqunluğunu pozdu

Futbol
Bu gün, 06:01

Manchester City futbolçusu Erling Haaland ilə Polşalı elektrik ustası arasında əmtəə nişanı mübahisəsi;

Futbol
Bu gün, 05:38

Real Madrid UEFA Çempionлар Liqasının V turunda PSV-yə 5:1 məğlubiyyətlə qələbə seriyasını on oyuna çatdırdı

Futbol
Bu gün, 05:05

“Marsel” azarkeşləri futbolçunu həm gücləndirə, həm də sındıra bilər

Voleybol
Bu gün, 04:30

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan voleybol millisinin kapitanı mükafatlandırıldı

Oxşar xəbərlər