top
Araz-Naxçıvandan Çempionlar Liqası hədəfi: Maksimum irəliləmək Idman.biz
02 sentyabr 2025, 12:16
- ↺ +

"Araz-Naxçıvan"dan Çempionlar Liqası hədəfi: Maksimum irəliləmək

"Çempionlar Liqasının əsas mərhələsində məqsədimiz maksimum irəliləməkdir".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Araz-Naxçıvan" klubunun qapıçısı Rövşən Hüseynli deyib.

Azərbaycan millisinin üzvü uğura gedən yolda çox çalışdıqlarını söyləyib: "Mövsümün əvvəlindən baş məşqçi və rəhbərlik yaxşı komanda formalaşdırdı, legionerlər dəvət olundu, struktur yenidən quruldu. Mən də uzun fasilədən sonra komandaya qayıtdım. İlkin mərhələyə hazırlıq prosesi olduqca yaxşı keçdi. Xüsusilə fiziki planda daha çox işlədik. Bu da matçlarda özünü göstərirdi. Hər oyuna maksimum nəticə üçün çıxırdıq. Rəqibin kimliyindən asılı olmayaraq, üstün tərəflərimizi meydanda göstərməyə çalışırdıq. Oyunlardan əvvəl qarşılaşacağımız rəqiblərdən nisbətən üstün olduğumuzu görürdük, amma bu, bizi arxayınlaşdırmadı. Əksinə, daha çox məsuliyyət hiss etdik və nəticədə lazım olan qələbələri qazandıq".

O, komandasının əsas raunddakı rəqiblərini dəyərləndirib: "Rəqiblərimiz artıq bəllidir. Bu mərhələdə də favorit hesab olunuruq. Son illərdə "Araz-Naxçıvan" klubu əsas mərhələdə uğurlu nəticələr göstərə bilmirdi, amma bu il tamamilə fərqlidir. Şanslarımızı yüksək qiymətləndirirəm. Əlbəttə, rəqiblərimiz də güclüdür. Məsələn, ev sahibi Rumıniyanın "Yunayted Qalati" komandası çox təcrübəlidir. İllərdir bu mərhələdə iştirak edir. Niderlandın "Tayqers Rormund" klubunun isə heyəti əsasən milli komandanın futzalçılarından təşkil olunub. Əlavə olaraq legionerləri də var. Yəni hər bir görüş bizim üçün ciddi sınaq olacaq. Lüksemburq təmsilçisi "Differdanj" barədə geniş məlumatım olmadığına görə nəsə deyə bilmərəm".

"Qarşımızda hələ bir ay, ay yarım vaxt var. Bu müddətdə oyunlara tam hazırlaşıb lazımi nəticəni qazanmaq üçün çalışacağıq. Əminəm ki, hazırlıq planımıza davam edib taktiki cəhətdən də daha da inkişaf etsək, qarşıya qoyulan məqsədlərə nail ola biləcəyik", - deyə qolkiper bildirib.

Qeyd edək ki, bu mərhələnin oyunları oktyabrın 28-dən noyabrın 2-dək Rumıniyada keçiriləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Oxşar xəbərlər