top
Yuri Vernidub təlim-məşq toplanışından və Zirə ilə oyundan danışdı Sport24.az
17 yanvar 2026, 19:19
- +

Yuri Vernidub təlim-məşq toplanışından və "Zirə" ilə oyundan danışdı

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibə verib. Sport24.az xəbər verir ki, Ukraynalı mütəxəssis təlim-məşq toplanışını dəyərləndirib:

 

"Təlim-məşq toplanışı çox xoşuma gəldi, çox yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə rəhbərliyimizə xüsusi təşəkkürümü bildirirəm. Onlar komandamızın məşqi və inkişafı üçün bizə rahat şərait yaratmaqdan ötrü hər şey etdilər. Həmçinin futbolçulara da toplanışa görə təşəkkür edirəm. Onlara minnətdaram ki, qoyduğumuz tələbləri və yüklənmələri yerinə yetirdilər, yaxşı işlədilər, tempi qorudular və inkişaf göstərdilər. Biz buna görə razıyıq və məmnunuq. Onu da qeyd etmək istəyirəm ki, komandada ciddi zədəli futbolçu olmadığı üçün şadıq. Düzdür, bəzi oyunçularda mikro zədələr var, amma onları qısa müddətdə aradan qaldıracağıq və müsbət nəticə əldə edəcəyik. Məni məyus edən yeganə məqam Ortisin hərarət səbəbindən məşq prosesindən kənarda qalmasıdır, amma düşünürəm ki, 1-2 günə vəziyyəti normallaşacaq. Ümumilikdə, keçirilən toplanışdan çox razıyam.Komandada heç kimi xüsusi fərqləndirmək istəmirəm, çünki hamı layiqincə və yaxşı məşq edirdi. Heç kimi fərqləndirməməyimin səbəbi odur ki, biz böyük bir ailəyik. Hazırda komandada bu cür ab-hava olduğuna görə qürur duyuruq. Yeganə qeyd etmək istədiyim futbolçu Murad Məmmədovdur. Əgər bu cür davam etsə, onu çox böyük gələcək gözləyir. Həmçinin "Neftçi-2"dən bizə qoşulan futbolçulara – Nihad Əliyev və Məhəmməd Məmmədliyə də təşəkkür etmək istəyirəm. Onlara minnətdaram ki, çalışdılar və məşq prosesində bizə kömək etdilər. Düzdür, çox oynamaq şansı qazanmadılar, amma biz onların inkişafını izləməyə davam edib gələcəkdə də məşq proseslərinə cəlb edəcəyik. Hər şey hələ indi başlayır. Qarşıda bizi "Zirə" kimi çox ciddi rəqibə qarşı hazırlıq həftəsi gözləyir. "Zirə" çox yaxşı komandadır. Təhlil üçün çox işimiz var. Təhlil edib bu oyuna hazırlaşacağıq.

 

Hazırda nəyisə dəyişməyə ciddi ehtiyac görmürəm. Çünki komandada kifayət qədər futbolçu var, hamı istəklidir və çalışır, bu da məni qane edir. Bununla belə, əgər bizə maraqlı və "Neftçi" səviyyəsinə layiq bir futbolçu olarsa və o da komandamıza qoşulmaq istədiyini bildirərsə, əlbəttə ki, bu variantı nəzərdən keçirəcəyik. Açığı, bu mövzuda danışmaq çətindir, çünki hər məşqçi heyətin güclənməsini istəyər. Lakin hazırda futbolçularımız var və biz də, onlar da qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə və mövcud vəziyyəti düzəltməyə hazırıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər