top
Yeqor Xvalko: Kəpəzin keçmiş rəhbərliyinin getməsi yaxşı oldu Idman.biz
15 avqust 2026, 12:58
- ↺ +

Yeqor Xvalko: "Kəpəz"in keçmiş rəhbərliyinin getməsi yaxşı oldu"

"Kəpəz" futbol klubunun sabiq kapitanı Yeqor Xvalko Azərbaycan Premyer Liqasındakı vəziyyət, Gəncə təmsilçisinin yeni mövsümdəki perspektivləri və yenidən komandada çıxış etmək istəyi barədə danışıb.

2025-ci ildən Qazaxıstanda çıxış edən belaruslu müdafiəçi sport24.az-a müsahibəsində Azərbaycan və Qazaxıstan çempionatlarını müqayisə edib, "Kəpəz"in sabiq rəhbərliyi ilə bağlı fikirlərini bölüşüb.

Xvalko Gəncə klubunun azarkeşləri və stadionu nəzərə alınmaqla Premyer Liqada daha yüksək yerlər uğrunda mübarizə aparmalı olduğunu bildirib. O, həmçinin Azərbaycandan son bir ildə heç bir təklif almadığını və yenidən "Kəpəz"də oynamaq istədiyini söyləyib.

Həmin müsahibəni təqdim edirik.

– "Kəpəz"dən ayrıldıqdan sonra Azərbaycan çempionatını izləyirsiniz?

– Bəli, əlbəttə. Bəzən Azərbaycan çempionatının oyunlarına baxmaq mənə maraqlıdır. Bu yaxınlarda "Qarabağ" – ÇSKA oyununu da izlədim. Çox yaxşı matç oldu, amma təəssüf ki, "Qarabağ"ın bəxti gətirmədi. Sonra "Dinamo" ilə görüşlərinə də baxdım. Konfrans Liqasında pley-offa yüksəldilər. Onları təbrik edirəm.

– 2025-ci ildən Qazaxıstanda çıxış edirsiz. Bu ölkənin çempionatı ilə Azərbaycan Premyer Liqasını müqayisə edə bilərsiz?

– Düşünürəm ki, bunlar tamamilə fərqli çempionatlardır. Qazaxıstanda oynamış insanlar nə demək istədiyimi yaxşı anlayırlar. Burada logistika çox vaxt aparır. Bəzən oyunlardan sonra bütün günü yolda oluruq və faktiki olaraq bərpa üçün nəzərdə tutulan bir günü itiririk.

– Bəs rəqabət necədir?

– Çempionatda 16 komandanın olması böyük fərqdir. Azərbaycanda turnir cədvəlinin yuxarı sıralarında rəqabət daha sıxdır və komandaların yaxşı büdcələri var. Burada isə yəqin ki, yalnız "Kayrat" futbolda belə bir hegemon komandadır. Baxmayaraq ki, bu mövsüm "Ordabası" da çox güclüdür.

– Son bir il ərzində Azərbaycandan hər hansı təklif almısız?

– Xeyr. Heç bir klub, məşqçi və ya agent mənimlə əlaqə saxlamayıb.

– Yenidən "Kəpəz"də oynamaq istərdiniz?

– Mən bunu istəyirdim və gözləyirdim. Amma futbolçunun karyerası qısadır. Mən mənə dəyər verildiyi və hörmət edildiyi yerdə oynamaq istəyirəm.

– "Kəpəz"də rəhbərlik və baş məşqçi dəyişib. Sizcə, bu mövsüm nə edə biləcəklər?

– Həmin insanların getməyi yaxşı oldu. Onlar böyük bir qrup futbolçu ilə düzgün davranmadılar. Bizə söz vermişdilər ki, komandada qalacağıq və komanda bizim ətrafımızda qurulacaq. Açığı, nə gözləməli olduğumu bilmirəm.

Düşünürəm ki, komanda Premyer Liqada yerini qorumaq uğrunda mübarizə aparacaq. Bunu mən demirəm. Azərbaycandan bəzi insanlarla əlaqə saxlayıram və onlar mənə belə deyirlər. Üstəlik, mövsüm hələ başlamayıb və "Kəpəz"dən nə gözləməli olduğumu dəqiq bilmirəm.

Halbuki komanda ən azı turnir cədvəlinin ilk yarısında yer almalıdır. Belə azarkeşləri və stadionu olan komanda, prinsip etibarilə, çempionatda qalmaq uğrunda mübarizə aparmamalıdır. Amma bunun üçün yaxşı maliyyələşmə lazımdır. Müasir futbolda belə meyarlar var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:13

Karvaxal: Real Madriddə bəzən münaqişələr əlbəyaxa döyüşə qədər yüksəlirdi

Futbol
Bu gün, 06:23

Real Madrid, Mbappe qalmaqalını həll etmək üçün La Liqanın köməyi təklifini rədd etdi

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Oxşar xəbərlər