top
Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir Idman.biz
14 sentyabr 2026, 23:06
- ↺ +

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının beşinci turunda "Şəfa" üzərində qazanılan qələbəni (3:0) şərh edib və Çempionlar Liqasının "Mançester Yunayted"lə matçından sonra komandanın ünvanına səslənən tənqidlərə cavab verib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis "Old Trafford"dakı qarşılaşmadan sonra futbolçulara daxili çempionata köklənmək asan olmadığını deyib.

"Çempionlar Liqasından sonra belə matçlara köklənmək çətindir. Lakin mən futbolçularımın münasibətindən razı qaldım. Yaxşı oynadıq. "Old Trafford"dan sonra bura gəlib matç keçirmək asan deyil. Xoşuma gəlməyən məqamlar da oldu. Birinci hissədə elə səhvlərə yol verdik ki, rəqib qapımıza beş-altı zərbə vurdu. Belə səhvlər İngiltərədə də olub", – deyə Dambrauskas bildirib.

Məşqçi həmçinin həyata keçirilən rotasiyanı izah edib və "Şəfa"nın oyununu qeyd edib:

"Heyətdə bir neçə dəyişiklik etdik, lakin matça yaxşı və yüksək intensivliklə başladıq. Birinci hissədə iki qol vurduq, halbuki daha çox fərqlənə bilərdik. "Şəfa"ya da haqqını vermək lazımdır – rəqib yaxşı oynadı. Fasilədən sonra da inamlı başladıq və topa daha çox nəzarət etdik. Ümumiyyətlə, razıyam. Bəzi futbolçulara istirahət verildi. Artıq qarşıda "İmişli" ilə matç var, ona hazırlaşacağıq".

Dambrauskas "Mançester Yunayted"lə matçda açıq futbol oynadığı üçün "Sabah"ın tənqid olunmasına ayrıca münasibət bildirib:

"Futbolda tənqid etmək hamısından asandır. Hər kəs öz fikrini bildirə bilər. Biz işimizi yaxşı yerinə yetirməyə çalışırıq. Tənqidlərə sakit yanaşıram və bu, işimizə heç cür təsir etmir".

Bununla belə, baş məşqçi müdafiəçi Rəhman Daşdəmirovun ünvanına səslənən tənqidlərə sərt reaksiya verib:

"Əvvəllər deyirdilər: niyə azərbaycanlı futbolçular oynamır? Bu gün Rəhman Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Ona hörmətlə yanaşmaq lazımdır. O, Azərbaycanın üç ən yaxşı futbolçusundan biridir. Tənqid normaldır, amma belə tənqidi qəbul etmirəm. Biz Çempionlar Liqasında oynayan cəmi ikinci Azərbaycan klubuyuq. Niyə bizi tənqid edirlər? Futbolçularımızı qiymətləndirməyi məsləhət görərdim. Onlar böyük iş görürlər. Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm".

"Sabah"ın bütün mövsüm ərzində yüksək tempi qoruyub saxlamaq perspektivlərindən danışan baş məşqçi komandasının potensialını vurğulayıb.

"Məqsədimizə matç-matç irəliləyəcəyik. İndi bütün mövsüm haqqında danışmaq çətindir. Əla komandamız və heyətimiz, böyük potensialımız var. Bu komanda ilə işlədiyim üçün xoşbəxtəm", – deyə Dambrauskas sözlərini yekunlaşdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Dünən, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Dünən, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Dünən, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Oxşar xəbərlər