Uruqvay Futbol Assosiasiyası (AUF) milli komandanın 2026-cı il dünya çempionatıdan kənarlaşdırılmasından sonra çarter reysini ləğv edib.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Martin Çarkero sosial media səhifəsində məlumat verib.
Hər bir oyunçu dünya çempionatından ABŞ-dan kommersiya reysi ilə qayıtmalı olacaq.
Uruqvay üç oyundan iki xal qazanaraq H qrupunda üçüncü yeri tutub. İspaniya qrupda yeddi xalla birinci olub. Kabo-Verde üç xalla ikinci yeri tutub. Səudiyyə Ərəbistanı isə dördüncü yeri tutub.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı çempiondur.