Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan barədə həbs qərarı verilib. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Ümit Karan barədə həbs qətimkan tədbiri seçilib.
İstintaq çərçivəsində Karanla yanaşı daha 12 nəfər də həbs olunub.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən ötən ilin oktyabrından aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində Karan bir neçə gün əvvəl saxlanılıb. Ona qarşı "narkotik və ya psixotrop maddələrin istehsalı və ticarəti" ittihamı irəli sürüllüb.