top
Ueyn Runi karyerasının ən çətin dövründə intihar düşüncələrini etiraf etdi Idman.biz
Bu gün, 01:03
- ↺ +

Ueyn Runi karyerasının ən çətin dövründə intihar düşüncələrini etiraf etdi

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi futbolçu karyerasının ən uğurlu dövründə ciddi psixoloji problemlərlə üzləşdiyini və hətta intihar barədə düşündüyünü etiraf edib.

İdman.Biz xəbər verir ki, 41 yaşlı keçmiş futbolçu Qebbi Loqanın "Life at the Midpoint" podkastında şəxsi həyatının ən çətin illərindən danışıb.

Runi bildirib ki, həmin dövrdə futbol meydanında uğurlar qazansa da, gündəlik həyatında ciddi çətinliklər yaşayırdı.

"İçki içdiyim vaxtlarda özümü iki gün evə qapadır və yalnız içki içirdim. Maraqlıdır ki, bütün bunlar futbolçu karyeramın ən yaxşı dövrünə təsadüf edirdi", - deyə o bildirib.

Keçmiş hücumçunun sözlərinə görə, vəziyyət o həddə çatmışdı ki, insanlarla ünsiyyətdən tamamilə uzaqlaşmaq istəyirdi:

"Elə bir vəziyyətə düşmüşdüm ki, intihar barədə düşünürdüm. Heç kimi görmək istəmirdim. Küçədə insanlarla qarşılaşmaq, mağazalara getmək belə istəmirdim. Futbol meydanında özümü həmişə rahat hiss edirdim, amma meydandan kənarda çox çətinlik çəkirdim".

Runi problemlərini uzun müddət gizlətdiyini, zəif görünməkdən çəkindiyi üçün kömək istəməyin ona çətin gəldiyini də etiraf edib.

"Psixoterapevtlə danışırdım, mənimlə nə baş verdiyini anlamağa çalışırdım. Geriyə baxanda görürəm ki, karyeramın zirvəsində idim, yeni ailə qurmuşdum, oğlum dünyaya gəlmişdi. Həyatımın ən xoşbəxt dövrü olmalı idi, amma əksinə, ən ağır günlərimi yaşayırdım", - deyə o əlavə edib.

İngiltərə millisinin sabiq kapitanı çətin dövrdən çıxmasında həyat yoldaşı Kolin Runinin böyük rol oynadığını vurğulayıb.

"Kolin mənə çox kömək etdi. Vəziyyət o qədər ağır idi ki, məni tərk edə bilərdi. Amma yanımda qaldı və bütün bunların öhdəsindən gəlməyimə kömək etdi".

Qeyd edək ki, Runi 2004-2017-ci illərdə "Mançester Yunayted"də çıxış edib. O, İngiltərə klubu ilə beş dəfə Premyer Liqanın, bir dəfə Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub. Sabiq hücumçu 253 qolla klub tarixinin ən məhsuldar futbolçusudur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:44

FIFA seçkilərində Diallo İnfantinonun üzərinə sərt ittihamlar yağdırır

Qarabağ FK
Bu gün, 00:32

Bruno Lanqa və Quiman Mozambik millisinin 1:0 qalibiyyəti ilə Efiopiyanı məğlub etdi

Qarabağ FK
Bu gün, 00:25

“Qarabağ” və “Zirə”nin legionerləri Efiopiyada Mozambikin qələbəsi ilə sevinc yaşadılar

Futbol
Bu gün, 00:06

“Barselona”da ayrılıq siqnalı: Agent Jorge Mendes Balde’nin evinə getdi

Boks
Dünən, 23:48

Səbuhi Əlizadə U-23 Avropa boks çempionatında Ermənistanlı rəqibini diskvalifikasiya edərək məğlub etdi

Şahmat
Dünən, 23:39

Məmmədyarov Aronyana qarşı ilk gün qələbə qazandı

Futbol
Dünən, 23:27

'Mançester Yunayted'dən ayrılan 16 yaşlı Cey Cey Qabriel 'Real Madrid'e gedə bilər

Futbol
Dünən, 23:24

Mançester Yunayted, Atleko Madridin hücumçusu Xuliyan Alvaresi Poçettino vasitəsilə heyətində görmək istəyir

Futbol
Dünən, 23:14

Rui Jorje: U-20 milli komandasının hazırlıq prosesindən razıyam

Şahmat
Dünən, 23:11

Rauf Məmmədov Avropa blits çempionatında lider mövqeyini tutub

Cüdo
Dünən, 23:00

Vüsal Əliyev Avropa kudo çempionatında qızıl medal qazandı, ikiqat Avropa çempionu oldu

Futbol
Dünən, 22:46

Rodri "Barselona"da səviyyəni yüksəltməli olduğumuzu vurğuladı

Digər
Dünən, 22:39

Azərbaycanın su idmançıları Türkiyədə beynəlxalq surfkastinq yarışının qalibi oldular

Futbol
Dünən, 22:31

Lukas Vaskes: Lamin Yamalın istedadı futbol tarixində görmədiyimiz bir hadisədir

Futbol
Dünən, 22:20

Ruy Jorje: U-20 Milli Futbolçularının Performansı ilə Məmnunam, Müdaxilə Etməyəcəyəm

Futbol
Dünən, 22:17

Krizmann 2026-cu ilin ən yaxşı yeni futbolçusuna seçildi

Futbol
Dünən, 22:02

Beşiktaş, Manchester United müdafiəçisi Matteys de Ligt'i icarəyə almağı düşünür

Futbol
Dünən, 21:56

Qalatasaray ciddi itki ilə Samsunspor qarşısında çıxacaq

Cüdo
Dünən, 21:47

Məhəmməd Musayev dünya çempionatında reytinq lideri kimi çıxış edəcək

Futbol
Dünən, 21:35

Şanti Kasorla Franki de Yonqun tənqid olunmasına münasibət bildirib və onun "Barselona" üçün əvəzolunmaz olduğunu əsaslandırıb

Futbol
Dünən, 21:26

Kəpəz U-15 futbolçuları milli komandaya dəvət olundu

Futbol
Dünən, 21:21

Leyvin Kurzava 34 yaşında peşəkar futbol karyerasını başa vurdu

Futbol
Dünən, 20:57

Azərbaycan U-20 komandası İraq U-20 ilə 0:0 bərabərliyə nail oldu

Oxşar xəbərlər