"Kəpəz" Futbol Akademiyasının iki üzvü 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına cəlb olunub. Sport24.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
"Sarı-göylər"in U-15 komandasında ölkə çempionatında çıxış edən qapıçı İbrahim Hüseynov və müdafiəçi Sadiq Tağıyev yığmanın düşərgəsinə dəvət alıblar.
Gənc futbolçular noyabrın 23-dən 27-dək Bakıda baş tutacaq təlim-məşq toplanışında iştirak edəcəklər.