top
UEFA-nın dəstəyi ilə “Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirildi Sport24.az
28 aprel 2026, 17:23
- ↺ +

UEFA-nın dəstəyi ilə “Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirildi

UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə Bakı şəhəri 242 nömrəli tam orta məktəbdə "Futbolda Uşaq Hüquqlarının Qorunması" layihəsi çərçivəsində maarifləndirici seminar təşkil olunub. Sport24.az xəbər verir ki, seminar layihənin mentoru, eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin layihə əsaslı öyrənmə üzrə eksperti Ofeliya Qafarova tərəfindən keçirilib.

 

Tədbirin təşkilində məqsəd futbol mühitində uşaqların hüquqlarının qorunması, təhlükəsiz və inklüziv idman mühitinin təşviqi, şagirdlər arasında hüquqi məlumatlılığın artırılması, həmçinin zorakılıq və ayrı-seçkilik hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işinin aparılmasıdır.

 

Seminar zamanı iştirakçılara uşaq hüquqlarının əsas prinsipləri, futbolda təhlükəsiz davranış qaydaları, qarşılıqlı hörmət və komanda etikası barədə ətraflı məlumat verilib. Tədbir interaktiv formada təşkil olunaraq şagirdlərin aktiv iştirakı təmin edilib, situasiyalı tapşırıqlar və müzakirələr vasitəsilə mövzu daha dərindən izah olunub.

 

Layihə çərçivəsində keçirilən seminarlar uşaqların həm idman mühitində, həm də gündəlik həyatlarında öz hüquqlarını tanımasına və qorumasına dəstək verir. Bu təşəbbüs məktəblərdə təhlükəsiz mühitin formalaşdırılmasına və gənclərin sağlam inkişafına mühüm töhfə verir.

 

"Futbolda Uşaq Hüquqlarının Qorunması" layihəsi çərçivəsində maarifləndirici seminarların digər təhsil müəssisələrində də davam etdirilməsi planlaşdırılır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:46

Patrik Andrade: “Premyer Liqa tədricən inkişaf edir, amma komandamız çətin dövrdədir”

Digər
Bu gün, 17:45

Sterlinq: "Xoşunuza gəlmirsə, Amerikaya gəlməyin"

Futbol
Bu gün, 17:40

Liqada “saxta” oyun və ya komanda niyə meydandan çıxmaq istədi? - Olayın VİDEOsu

Futbol
Bu gün, 17:40

"Monza"nın hücumçusu nəhənglərin hədəfində

Futbol
Bu gün, 17:40

“Sabah”ın rəqibi “Vilyarreal”da ciddi itki: futbolçu əməliyyat olunacaq

Formula 1
Bu gün, 17:35

“Ferstappenin müqaviləsini uzatması “Red Bull”a sabitlik qazandırdı”

Futbol
Bu gün, 17:31

İspaniya mətbuatı ‘Barselona’nın ‘Sabah’la oynayacağı start heyətini açıqladı

Futbol
Bu gün, 17:30

Netanyahu hökuməti “Qalatasaray”dan UEFA-ya şikayət etdi - SƏBƏB

Futbol
Bu gün, 17:20

"Barnet"in hücumçusu zorlama ittihamları ilə əlaqədar həbs edilib

Futbol
Bu gün, 17:16

Rüfət Abdullazadə İsrail klubundakı gələcəyi ilə bağlı danışdı

Futbol
Bu gün, 17:02

Borussiya Seru Qirassini 2030-cu ilə qədər müqaviləni uzatmaq istəyir

Futbol
Bu gün, 17:01

Emre Belözoğlu “Fənərbağça”nın tarixinə düşməyə hazırlaşır

Futbol
Bu gün, 17:00

"Neftçi”yə qarşı xüsusi hazırlıq - Bu XƏBƏRİ QAÇIRMAYIN!

Qarabağ FK
Bu gün, 17:00

"Kəpəz"in legioneri Kennet Kalunqa: "Qarabağ"la oyunda bütün gücümüzü ortaya qoyduq"

Futbol
Bu gün, 16:56

Premyer Liqanın 13-cü turu: komandalar arası üzd-üz tarixi statistikalar

Futbol
Bu gün, 16:50

“Bernardo Silva nə vaxtsa “Benfika”nın prezidenti olacaq”

Futbol
Bu gün, 16:46

“Barselona” Bakıda Görməli Yerləri Video Hazırladı

Futbol
Bu gün, 16:40

Son qərar ərəfəsində Mərakeş Seneqalı CAS arbitri ilə qeyri-qanuni əlaqələrdə ittiham edib

Qarabağ FK
Bu gün, 16:40

“Sabah”la “Barselona”nı müəllim idarə edəcək - O gələndə bizimkilər uduzur

Digər
Bu gün, 16:29

Azərbaycanlı alpinist Elmira Aslanova Ama Dablam zirvəsini fəth etdi – FOTO

Güləş
Bu gün, 16:23

Azərbaycan güləşçisi dopinqə görə 3 il diskvalifikasiya edildi

Futbol
Bu gün, 16:20

"Mançester Yunayted"in hücumçusu qışda İtaliya klubuna keçə bilər

Futbol
Bu gün, 16:08

Rəhman Daşdəmirov: Barselona nın gücü ulduzlardan çox, komandadan gəlir

Güləş
Bu gün, 16:00

Güləşçimiz ağır cəza aldı

Oxşar xəbərlər