Türkiyə Birinci Liqasının yeddinci turunda "Bursaspor" doğma meydanda "Esenler Erokspor"u qəbul edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
"Bursaspor" 16-cı dəqiqədə Keleçi İheanançonun qolu ilə hesabı açıb. Cəmi iki dəqiqə sonra Mikail Okyar tarazlığı bərpa edib. 20-ci dəqiqədə isə Linkoln Enrike meydan sahiblərini yenidən önə keçirib.
İkinci hissənin əvvəlində "Esenler Erokspor" hesabı yenidən bərabərləşdirib. 50-ci dəqiqədə Yusuf Erdoğan fərqlənərək yekun hesabı müəyyənləşdirib - 2:2.
Azərbaycan millisinin futbolçusu Toral Bayramov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 63-cü dəqiqədə Barış Gökün əvəzinə meydana daxil olub.
Qeyd edək ki, Keleçi İheanançonun daha iki qolu ofsayd səbəbindən qeydə alınmayıb.