"Real Madrid" və Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuaméni klubla müqaviləsini 2031-ci ilə qədər uzadacaq. Bu, "Los Blancos" rəhbərliyi üçün prioritetdir.
İdman.Biz bu barədə jurnalist Fabris Hokinsə istinadən bildirir.
Məlumata görə, "Manchester United"in marağına baxmayaraq, fransız Madriddə qalmaq istədiyini bildirib.
Ötən mövsüm 25 yaşlı yarımmüdafiəçi bütün yarışlarda 49 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt onun dəyərini 70 milyon avro qiymətləndirir.
Yarımmüdafiəçi hazırda 2026-cı il dünya çempionatı üçün Fransa millisindədir. Lakin, zədə səbəbindən Mərakeşlə dörddəbir final matçını buraxmaq ehtimalı var.