top
Superliqa: Konyaspor - Kasımpaşa heç-heçəsi, Çaykur Rizesporun qələbəsi və digər oyunlar Idman.biz
08 mart 2026, 20:47
- ↺ +

Superliqa: "Konyaspor" - "Kasımpaşa" heç-heçəsi, "Çaykur Rizespor"un qələbəsi və digər oyunlar

Türkiyə Superliqasının 25-ci turu çərçivəsində keçirilən "Konyaspor" - "Kasımpaşa" qarşılaşması gərgin mübarizəyə səhnə olub. Medaş Konya Böyükşəhər Stadionunda baş tutan oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hər iki qol ilk hissədə vurulub. 17-ci dəqiqədə Cekson Muleka meydan sahiblərini önə çıxarsa da, 31-ci dəqiqədə Adrian Benediçak penalti zərbəsini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Qonaqlar ilk hissənin sonunda (45+8) daha bir penalti qazansalar da, Pape Habib Quye qapıçını keçə bilməyib.

Qarşılaşmanın son dəqiqələri isə əsl dramla yadda qalıb. 90+6-cı dəqiqədə hakim "Konyaspor"un xeyrinə penalti təyin etsə də, VAR xəbərdarlığından sonra daha əvvəl qayda pozuntusu olduğu müəyyənləşib və qərar ləğv edilib. Matçın final fitindən sonra isə "Kasımpaşa"nın köməkçi məşqçisi qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra "Konyaspor" xallarını 24-ə, "Kasımpaşa" isə 21-ə çatdırıb. Komandalar müvafiq olaraq 13 və 16-cı pillədə qərarlaşıblar.

Növbəti turda "Konyaspor" səfərdə "Kocaelispor"un qonağı olacaq, "Kasımpaşa" isə öz meydanında "Eyüpspor"u qəbul edəcək.

16:45

Türkiyə Superliqasının 25-ci turunda "Çaykur Rizesspor" öz meydanında "Antalyaspor"u qəbul edib. "Çaykur Didi" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matç boyu daha üstün oyun nümayiş etdirən "Çaykur Rizesspor"a qələbə qazandıran qolu 10-cu dəqiqədə penaltidən Qazim Laçi vurub.

Bu nəticə ilə Rəcəb Uçarın yetirmələri ardıcıl üçünü qələbəsini qazanıblar. Diqqətçəkən məqam odur ki, Qara dəniz komandası bu qarşılaşmaların heç birində qapısında qol görməyib. Xallarının sayını 30-a yüksəldən "Rizesspor" turnir cədvəlində səkkizinci pillədəki mövqeyini möhkəmləndirib. Qələbə həsrəti üç matça çatan "Antalyaspor" isə 24 xalla 13-cüdür.

Qeyd edək ki, Super Liqanın növbəti turunda "Çaykur Rizesspor" səfərdə "Trabzonspor"un qonağı olacaq. "Antalyaspor" isə öz meydanında "Qaziantep"i qəbul edəcək.

Paralel keçən oyunda Burak Yılmazın rəhbərlik etdiyi "Qaziantep" öz meydanında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Fatih Karagümrük"ü qəbul edib. "Qaziantep Böyükşəhər" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. İkinci hissəyə daha sürətli başlayan meydan sahibləri 54-cü dəqiqədə Aleksandru Maksimin qolu ilə 1:0 önə keçiblər. Lakin qonaq komanda cəmi doqquz dəqiqə sonra Serjinyo ilə bu qola cavab verərək matçın yekun hesabını müəyyənləşdirib.

Bu nəticədən sonra liqada qələbə həsrəti dörd oyuna çatan "Qaziantep" xallarının sayını 30-a yüksəldib və 10-cu pillədədir. Liqanın sonuncusu "Fatih Karagümrük" isə xalını 14-ə çatdırıb.

Superliqanın növbəti turunda "Qaziantep" səfərdə "Antalyaspor"un qonağı olacaq. "Fatih Karagümrük" isə öz meydanında "Fənərbağça"nı qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər