top
Superliqa: Fənərbağçanın Kadıköydəki dramatik qələbəsi və digər oyunlar Idman.biz
08 mart 2026, 23:22
- ↺ +

Superliqa: "Fənərbağça"nın Kadıköydəki dramatik qələbəsi və digər oyunlar

Türkiyə Superliqasının 25-ci turu çərçivəsində Kadıköydə əsl futbol dramı yaşanıb. "Fənərbağça" öz meydanında "Samsunspor"u qəbul edib. "Şükrü Saracoğlu" stadionunda baş tutan gərgin qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matç "Samsunspor"un sürətli qolu ilə başlayıb. 11-ci dəqiqədə Marius Muandilmadji qonaqları önə keçirib. Lakin cəmi 4 dəqiqə sonra Mattio Genduzi hesabı bərabərləşdirib. 23-cü dəqiqədə müdafiədəki anlaşılmazlıqdan yararlanan Muandilmadji dubl edərək qaradənizliləri yenidən üstün tərəfə çevirib.

İkinci hissədə təzyiqi artıran "Fənərbağça" Kerem Aktürkoğlu və Sidiki Şeriflə bir neçə real qol şansını boşa versə də, sona yaxın istəyinə nail olub. 89-cu dəqiqədə Asensionun ötürməsini Nene qola çevirərək tarazlığı bərpa edib. Matçın taleyini isə 90+5-ci dəqiqədə Sidiki Şerif həll edib.

Bu qələbə sayəsində xallarını 57-yə çatdıran "Fənərbağça" lider "Qalatasaray"la olan dörd xallıq fərqi qoruyub saxlayıb. Yeddinci pillədə qalan "Samsunspor" (32) isə növbəti turda "Kayserispor"u qəbul edəcək. İstanbul təmsilçisi isə səfərdə "Fatih Karagümrük"ün qonağı olacaq.

20:47

Türkiyə Superliqasının 25-ci turu çərçivəsində keçirilən "Konyaspor" - "Kasımpaşa" qarşılaşması gərgin mübarizəyə səhnə olub. Medaş Konya Böyükşəhər Stadionunda baş tutan oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hər iki qol ilk hissədə vurulub. 17-ci dəqiqədə Cekson Muleka meydan sahiblərini önə çıxarsa da, 31-ci dəqiqədə Adrian Benediçak penalti zərbəsini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Qonaqlar ilk hissənin sonunda (45+8) daha bir penalti qazansalar da, Pape Habib Quye qapıçını keçə bilməyib.

Qarşılaşmanın son dəqiqələri isə əsl dramla yadda qalıb. 90+6-cı dəqiqədə hakim "Konyaspor"un xeyrinə penalti təyin etsə də, VAR xəbərdarlığından sonra daha əvvəl qayda pozuntusu olduğu müəyyənləşib və qərar ləğv edilib. Matçın final fitindən sonra isə "Kasımpaşa"nın köməkçi məşqçisi qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra "Konyaspor" xallarını 24-ə, "Kasımpaşa" isə 21-ə çatdırıb. Komandalar müvafiq olaraq 13 və 16-cı pillədə qərarlaşıblar.

Növbəti turda "Konyaspor" səfərdə "Kocaelispor"un qonağı olacaq, "Kasımpaşa" isə öz meydanında "Eyüpspor"u qəbul edəcək.

16:45

Türkiyə Superliqasının 25-ci turunda "Çaykur Rizesspor" öz meydanında "Antalyaspor"u qəbul edib. "Çaykur Didi" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matç boyu daha üstün oyun nümayiş etdirən "Çaykur Rizesspor"a qələbə qazandıran qolu 10-cu dəqiqədə penaltidən Qazim Laçi vurub.

Bu nəticə ilə Rəcəb Uçarın yetirmələri ardıcıl üçünü qələbəsini qazanıblar. Diqqətçəkən məqam odur ki, Qara dəniz komandası bu qarşılaşmaların heç birində qapısında qol görməyib. Xallarının sayını 30-a yüksəldən "Rizesspor" turnir cədvəlində səkkizinci pillədəki mövqeyini möhkəmləndirib. Qələbə həsrəti üç matça çatan "Antalyaspor" isə 24 xalla 13-cüdür.

Qeyd edək ki, Super Liqanın növbəti turunda "Çaykur Rizesspor" səfərdə "Trabzonspor"un qonağı olacaq. "Antalyaspor" isə öz meydanında "Qaziantep"i qəbul edəcək.

Paralel keçən oyunda Burak Yılmazın rəhbərlik etdiyi "Qaziantep" öz meydanında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Fatih Karagümrük"ü qəbul edib. "Qaziantep Böyükşəhər" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. İkinci hissəyə daha sürətli başlayan meydan sahibləri 54-cü dəqiqədə Aleksandru Maksimin qolu ilə 1:0 önə keçiblər. Lakin qonaq komanda cəmi doqquz dəqiqə sonra Serjinyo ilə bu qola cavab verərək matçın yekun hesabını müəyyənləşdirib.

Bu nəticədən sonra liqada qələbə həsrəti dörd oyuna çatan "Qaziantep" xallarının sayını 30-a yüksəldib və 10-cu pillədədir. Liqanın sonuncusu "Fatih Karagümrük" isə xalını 14-ə çatdırıb.

Superliqanın növbəti turunda "Qaziantep" səfərdə "Antalyaspor"un qonağı olacaq. "Fatih Karagümrük" isə öz meydanında "Fənərbağça"nı qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:30

"Transfer iddiaları yalandır, heç bir təklif almadım"

Futbol
Bu gün, 01:40

"Nyukasl"ın baş məşqçisi Ayvan Toninin transferti barədə: "Söz-söhbətləri şərh etməyəcəm"

Futbol
Bu gün, 01:36

Juventus Komo'yı 3-0 məğlub etdi

Futbol
Bu gün, 01:36

Borussiya «Bayer»ə 2:1-ə məğlub oldu

Futbol
Bu gün, 01:32

Real"da Vinisiusun çıxışı: futbolçu azarkeşlərlə mübahisə etdi

Futbol
Bu gün, 01:30

FİFA, Trampa təqdim etdiyi Sülh Mükafatını geri alacaq?

Futbol
Bu gün, 01:17

"Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu keçdi"

Futbol
Bu gün, 01:02

Neymar karyerasında 500-cu qolunu vurdu

Futbol
Bu gün, 00:51

Sabah müdafiəçisi Cənubi Afrika millisinin seçməsində rəqabətlə üzləşir

Futbol
Bu gün, 00:30

"Borussiya Dortmund" "Bayer"ə məğlub olsa da, 24 xalla Bundesliqanın lideri qalır

Futbol
Bu gün, 00:30

"Sabah" UEFA-dan iki fərqli oyun üzrə xəbərdarlıq alıb

Futbol
Bu gün, 00:20

"Çelsi" Xabi Alonsonun baş məşqçisi qalır

Futbol
Bu gün, 00:06

Zamiq Əliyev 90 dəqiqə boyunca oynayaraq ‘Eqnatiya" çempionatında qələbəni təmin etdi

Futbol
Bu gün, 00:00

Sneyder Ronaldonu məşq etdiyi ən yaxşı futbolçu adlandırıb

Futbol
Dünən, 23:58

"Eqnatiya" "Elbasani"ni 2:1 hesabı ilə məğlub edib

Futbol
Dünən, 23:55

"İrqçilik ittihamı ilə şotland futbol azarkeşi həbs edildi"

Futbol
Dünən, 23:50

"Arsenal"ın evində 53 oyun ardıcıllıqla penalti alınmadı

Futbol
Dünən, 23:45

Gəncəbasar baş məşqçisi: I Liqada az büdcə və millidə oynamamış futbolçularla çempion olmaq mümkündür

Futbol
Dünən, 23:44

"Frenki de Yonq uzun müddətə kəsilir: 2026-cı ilin sonuna qədər sahada olmayacaq"

Futbol
Dünən, 23:40

Frenki de Yonq bir aydan çox müddətə sahədən uzaq qala bilər

Futbol
Dünən, 23:36

"Muradlı "Pafos" evdə 0:1 uduzdu"

Futbol
Dünən, 23:28

"Zamiq Əliyev "Eqnatiya" heyətində çıxış etdi, komanda qələbə qazandı"

Futbol
Dünən, 23:10

Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb

Futbol
Dünən, 22:58

Murad Məmmədovun "Pafosu" Limassolun "Aris" komandasına uduzdu

Oxşar xəbərlər