Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni, komandasının 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misiri 3:2 hesabı ilə məğlub etdiyi oyundan sonrakı emosional vəziyyətinə görə mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandıra bilməyib.
İdman.Biz bildirir ki, Skaloni qarışıq zonanı göz yaşları içində tərk edib.
"Necəsiniz, cənab Skaloni?"
"Sizə baxa bilmirəm, üzr istəyirəm, çox emosionalam. Bu necə komandadır, qardaşım, vəssalam... Getməliyəm, bacarmıram", - Skaloni matçdan sonra deyib.
Dörddəbir finalda Argentina İsveçrə-Kolumbiya matçının qalibi ilə qarşılaşacaq.