top
Seriya A: Milan derbidə qalib gəldi, Roma və Verona da qələbə qazandı - YENİLƏNİB + VİDEO Idman.biz
09 mart 2026, 01:59
- ↺ +

Seriya A: "Milan" derbidə qalib gəldi, "Roma" və "Verona" da qələbə qazandı - YENİLƏNİB + VİDEO

İtaliya A Seriyasının 28-ci turunun mərkəzi qarşılaşmasında "Milan" derbisi baş tutub. "San-Siro" stadionunda keçirilən oyun "qırmızı-qaralar"ın 1:0 hesablı minimal qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçın taleyini 35-ci dəqiqədə vurulan yeganə qol həll edib. "Milan"ın müdafiəçisi Pervis Estupinan rəqib qapısına yol taparaq komandasına vacib üç xal qazandırıb. "İnter" üçün itki təkcə hesabla bağlı olmayıb; 68-ci dəqiqədə müdafiəçi Alessandro Bastoni zədələnərək meydanı vaxtından əvvəl tərk etməli olub.

Bu qələbə sayəsində xallarını 60-a çatdıran "Milan" turnir cədvəlində ikinci pillədəki mövqeyini möhkəmlədib və liderlə fərqi azaldıb. Məğlubiyyətə baxmayaraq, "İnter" 67 xalla hələ də İtaliya çempionatına liderlik edir.

23:44

İtaliya A Seriyasının 28-ci turu çərçivəsində keçirilən qarşılaşmada "Roma" səfərdə "Genoa"nın qonağı olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda bütün qollar ikinci hissədə vurulub. 52-ci dəqiqədə "Genoa"nın hücumçusu Junior Messias penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. Cəmi üç dəqiqə sonra "Roma"nın müdafiəçisi Evan Ndika tarazlığı bərpa etsə də, paytaxt təmsilçisi xalı qoruya bilməyib. 80-ci dəqiqədə Vitor Oliveyra (Vitinya) vurduğu qolla genuyalılara qələbə qazandırıb.

Bu məğlubiyyətdən sonra 51 xalda qalan "Roma" turnir cədvəlinin beşinci pilləsindəki mövqeyini qorusa da, təqibçiləri ilə xal fərqi minimuma enib. 30 xal toplayan "Genoa" isə 13-cü sıraya yüksəlib.

20:22

İtaliya A Seriyasının 28-ci turu çərçivəsində keçirilən qarşılaşmada "Verona" səfərdə "Bolonya"nın qonağı olub. "Renato Dall"Ara" stadionunda baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, "Verona"nın heyətində Martin Frese və Kiron Boui vurduqları qollarla komandalarına vacib üç xalı qazandırıblar. Meydan sahiblərinin yeganə qoluna isə Conatan Rou imza atıb.

Bu qələbə "Verona" üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, komanda bu nəticə ilə İtaliya çempionatındakı 12 matçlıq qələbəsizlik seriyasına son qoyub. Hazırda 18 xalı olan "Verona" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. "Bolonya" isə 39 xalla səkkizinci yerdədir.

Paralel keçən qarşılaşmasında "Fiorentina" və "Parma" üz-üzə gəlib. Florensiyada keçirilən matçda qapılara qol vurulmayıb - 0:0. Bu bərabərlikdən sonra "Fiorentina" 25 xalla 17-ci, "Parma" isə 34 xalla 12-ci pillədə yer alıb.

18:09

İtaliya A Seriyasında "sağ qalmaq" uğrunda mübarizə aparan iki komandanın gərgin qarşılaşmasında "Leççe" öz meydanında "Kremoneze"ni qəbul edib. Dramatik hadisələrlə yadda qalan oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Leççe" matçın ilk hissəsində aşkar üstünlük nümayiş etdirib. 22-ci dəqiqədə Qallonun künc zərbəsindən ötürməsini Pierotti başla tora göndərərək hesabı açıb. 38-ci dəqiqədə Biankettinin cərimə meydançasında topa əllə müdaxiləsindən sonra təyin olunan penaltini serbiyalı hücumçu Ştuliç dəqiq yerinə yetirərək fərqi ikiyə çatdırıb.

İkinci hissəyə Davide Nikolanın üçlü əvəzləməsi ilə başlayan qonaqlar dərhal fərqi azaldıblar. 47-ci dəqiqədə Federiko Bonazzoli komandasını ümidləndirib. Oyunun son dəqiqələri isə əsl xaosla yadda qalıb. Payero hesabı bərabərləşdirsə də, VAR müdaxiləsindən sonra topun əllə oynanıldığı məlum olub və qol ləğv edilib. Matçın son saniyələrində Falkone inanılmaz seyvlə Payeronun növbəti zərbəsini dəf edərək qələbəni qoruyub.

Bu nəticədən sonra xallarını artıran "Leççe" (27) təhlükəli zonadan uzaqlaşmaq yolunda böyük addım atıb – 16-cı pillə. Ardıcıl uğursuzluqlar yaşayan "Kremoneze"də (24) isə baş məşqçi Davide Nikolanın istefası gündəmdədir. Komanda 18-ci pillədədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər