top
Seria A: Veronanın Bolonya üzərində qələbəsi və 12 matçlıq qələbəsizlik seriyasına son Idman.biz
08 mart 2026, 20:22
- ↺ +

Seria A: "Verona"nın "Bolonya" üzərində qələbəsi və 12 matçlıq qələbəsizlik seriyasına son

İtaliya A Seriyasının 28-ci turu çərçivəsində keçirilən qarşılaşmada "Verona" səfərdə "Bolonya"nın qonağı olub. "Renato Dall"Ara" stadionunda baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, "Verona"nın heyətində Martin Frese və Kiron Boui vurduqları qollarla komandalarına vacib üç xalı qazandırıblar. Meydan sahiblərinin yeganə qoluna isə Conatan Rou imza atıb.

Bu qələbə "Verona" üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, komanda bu nəticə ilə İtaliya çempionatındakı 12 matçlıq qələbəsizlik seriyasına son qoyub. Hazırda 18 xalı olan "Verona" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. "Bolonya" isə 39 xalla səkkizinci yerdədir.

Paralel keçən qarşılaşmasında "Fiorentina" və "Parma" üz-üzə gəlib. Florensiyada keçirilən matçda qapılara qol vurulmayıb - 0:0. Bu bərabərlikdən sonra "Fiorentina" 25 xalla 17-ci, "Parma" isə 34 xalla 12-ci pillədə yer alıb.

18:09

İtaliya A Seriyasında "sağ qalmaq" uğrunda mübarizə aparan iki komandanın gərgin qarşılaşmasında "Leççe" öz meydanında "Kremoneze"ni qəbul edib. Dramatik hadisələrlə yadda qalan oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Leççe" matçın ilk hissəsində aşkar üstünlük nümayiş etdirib. 22-ci dəqiqədə Qallonun künc zərbəsindən ötürməsini Pierotti başla tora göndərərək hesabı açıb. 38-ci dəqiqədə Biankettinin cərimə meydançasında topa əllə müdaxiləsindən sonra təyin olunan penaltini serbiyalı hücumçu Ştuliç dəqiq yerinə yetirərək fərqi ikiyə çatdırıb.

İkinci hissəyə Davide Nikolanın üçlü əvəzləməsi ilə başlayan qonaqlar dərhal fərqi azaldıblar. 47-ci dəqiqədə Federiko Bonazzoli komandasını ümidləndirib. Oyunun son dəqiqələri isə əsl xaosla yadda qalıb. Payero hesabı bərabərləşdirsə də, VAR müdaxiləsindən sonra topun əllə oynanıldığı məlum olub və qol ləğv edilib. Matçın son saniyələrində Falkone inanılmaz seyvlə Payeronun növbəti zərbəsini dəf edərək qələbəni qoruyub.

Bu nəticədən sonra xallarını artıran "Leççe" (27) təhlükəli zonadan uzaqlaşmaq yolunda böyük addım atıb – 16-cı pillə. Ardıcıl uğursuzluqlar yaşayan "Kremoneze"də (24) isə baş məşqçi Davide Nikolanın istefası gündəmdədir. Komanda 18-ci pillədədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər