"Əl Nəsr"in futbolçusu Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Qalatasaray" seneqallı hücumçunun xidmətində maraqlıdır.
Bu barədə Afrika mətbuatı məlumat yayıb.
34 yaşlı futbolçu "cim-bom"da oynamağa müsbət yanaşır. O, az maaş qarşılığında keçidə də razıdır.
Qeyd edək ki, Sadio bu mövsüm 13 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. O, daha əvvəl "Zalsburq" və "Liverpul"da forma geyinib.