Qazaxıstan millisinin baş məşqçisi Con vant Sxip vəzifəsindən ayrılır.
İdman.Biz "Kazinform"a istinadən xəbər verir ki, bu məlumatı Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti təsdiqləyib.
Federasiyadan bildirilib ki, niderlandlı mütəxəssis istefaya göndərilmir. Onun müqaviləsinin müddəti başa çatır və tərəflər əməkdaşlığı davam etdirməmək qərarına gəliblər.
62 yaşlı məşqçi 2026-cı ilin avqustunda Talqat Baysufinovu əvəzləyərək Qazaxıstan millisinə rəhbərlik etməyə başlayıb.
Onun rəhbərliyi altında komanda UEFA Millətlər Liqasının C Liqasının 3-cü qrupunda altı oyun keçirib. Qazaxıstan Farer adaları ilə iki, Slovakiya ilə bir dəfə heç-heçə edib, Moldova ilə iki, Slovakiya ilə bir görüşdə məğlub olub.
Üç xal toplayan yığma 8:11 top fərqi ilə qrupda sonuncu - dördüncü yeri tutub və B Liqasına yüksələ bilməyib.
Con vant Sxipin rəhbərliyi altında son qarşılaşma noyabrın 16-da Slovakiyaya qarşı keçirilib. Astanada baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.