top
Sabah FK‑nin baş məşqçisi Valdas Dambrauskas, Manchester United ilə Çempionlar Liqası matcında komandanın həqiqi gücünü ölçəcək Idman.biz
10 sentyabr 2026, 00:33
- ↺ +

Sabah FK‑nin baş məşqçisi Valdas Dambrauskas, Manchester United ilə Çempionlar Liqası matcında komandanın həqiqi gücünü ölçəcək

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunun "Mançester Yunayted"lə matçından gözləntilərini bölüşüb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, litvalı mütəxəssis matçöncəsi mətbuat konfransında "Old Trafford"dakı qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini etiraf edib.

"2002-ci ildə mən bura gəlmişdim və mənim məşqçilik sahəsində ilk işim "Manchester United Soccer School" olub. O, "Old Trafford"da yerləşmirdi, lakin ad və loqo eyni idi. Mən bundan qürur duyuram və indi baş məşqçi qismində bura qayıtmaqdan və Çempionlar Liqasında oynamaqdan çox məmnunam", – deyə Dambrauskas bildirib.

O, "Sabah"ın çox gənc klub olduğunu və hələ bu yaxınlarda doqquz illiyini qeyd etdiyini xatırladıb.

"Klubumuz 2017-ci il sentyabrın 8-də təsis edilib. Dünən təyyarəyə minəndə məhz klubun ad günü idi və biz bunu qeyd etdik. Çempionlar Liqasının əsas mərhələsində debüt etmək həm klub, həm də şəxsən mənim üçün xüsusi bir şeydir. Eyni zamanda "Mançester Yunayted"ə qarşı oynamaq görüşə əlavə simvolizm qatır. Biz bu möhtəşəm gecəni səbirsizliklə gözləyirik", – deyə mütəxəssis qeyd edib.

Dambrauskas Bakı təmsilçisinin tərəqqisinin nə qədər sürətli olduğunu vurğulayıb.

"Bəzən həqiqətən başa düşürəm ki, biz əvvəllər təsəvvür belə edə bilmədiyimiz səviyyəyə çatmışıq. Klubun cəmi doqquz ili var. Əvvəllər nə Konfrans Liqasına, nə də Avropa Liqasına çıxmışdıq. Əvvəlki illərdə hətta ardıcıl iki mərhələni keçmirdik. İndi isə qəfil özümüzü Çempionlar Liqasında tapdıq", – deyə o bildirib.

Məşqçi "Sabah"ın yolunu çoxmərtəbəli binaya qalxmaqla müqayisə edib.

"Təsəvvür edin ki, lifti olmayan 12 mərtəbəli binaya daxil olursunuz. Birinci mərtəbədən dərhal beşinci və ya altıncı mərtəbəyə düşmək olmaz. Birinci, ikinci, üçüncü mərtəbələri keçmək lazımdır. Biz isə bu binaya daxil olduq və nədənsə dərhal ən yuxarı mərtəbədə özümüzü tapdıq", – deyə Dambrauskas söyləyib.

Onun sözlərinə görə, "Mançester Yunayted"lə matç komandanın real səviyyəsini başa düşməyə imkan verəcək.

"Biz bilirik ki, yaxşı komandayıq, amma nə qədər yaxşıyıq – sabah görəcəyik. Çünki indi dünyanın ən yaxşıları ilə yarışacağıq. İndi bizim vəzifəmiz nəticə haqqında düşünmək deyil. Biz yaxşı futbol göstərmək və əslində nə qədər güclü olduğumuzu başa düşmək istəyirik", – deyə məşqçi vurğulayıb.

Dambrauskas, həmçinin "Sabah"ın Çempionlar Liqasındakı rəqiblərinin səviyyəsinə diqqət çəkib.

"Monakodakı püşkatmadan dərhal sonra deyirdim ki, çətin püşk ola bilər, çox çətin püşk ola bilər və "Sabah"ın püşkü ola bilər. Qarşıda bizi "Mançester Yunayted", "Barselona", "Arsenal", Dortmund "Borussiya"sı, "Napoli" ilə matçlar gözləyir. Bu oyunlar bizim və klubumuz haqqında çox həqiqətləri üzə çıxaracaq – haraya getmək istədiyimizi, nəyə nail olmaq istədiyimizi, hansı səhvlərə yol verəcəyimizi və onlardan necə dərs çıxaracağımızı göstərəcək", – deyə o əlavə edib.

Bakı təmsilçisinin çalışdırıcısı qarşıdakı görüşdə komandanın dünyanın güclü klublarından biri ilə rəqabət aparmağa qadir olub-olmadığını yoxlamaq niyyətində olduğunu qeyd edib.

"Əsas odur ki, oyundan həzz alaq, bu xüsusi anı hiss edək və onun içində olaq. Əlbəttə, imkanlarımızın maksimumunu və oynamağı bacardığımız futbolu göstərmək istəyirik. Rəqabət tapa biləcəyikmi? Futbol ictimaiyyətini təəccübləndirəcək nəsə edə biləcəyikmi? Məhz bunu görmək istəyirik. Əgər təkcə nəticə haqqında düşünməyə başlasaq, bütün bu məqamlarda diqqətimizi itirəcəyik", – deyə Dambrauskas yekunlaşdırıb.

"Mançester Yunayted" – "Sabah" matçı sentyabrın 10-da "Old Trafford" stadionunda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:39

Cəlal Hüseynovun çıxışı ilə "Petrolul" komandası 6-0 böyükhesablı qələbə qazandı

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Oxşar xəbərlər