İtaliyanın "Milan" futbol klubunun hücumçusu Rafael Leau karyerasını "Barselona"da davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, "Barselona" portuqaliyalı futbolçunun "Milan"dakı vəziyyəti ilə maraqlanıb. Leau yeddi mövsümdən sonra İtaliya klubundan ayrılmaq niyyətindədir.
Futbolçu daha əvvəl Portuqaliyanın "Sport TV" kanalına açıqlamasında bu yay "Milan"dan gedəcəyini və Avropa futbolunun ən yüksək səviyyəsində mübarizəyə hazır olduğunu bildirib.
Məlumata görə, Rafael Leau "Milan"ın yeni baş məşqçisi Ruben Amorimin planlarına daxil deyil. İtaliya klubu 60-70 milyon avro (təxminən 120-140 milyon manat) məbləğində təklif alacağı halda onun satışına razılıq verə bilər.
Qeyd edək ki, Leau son illərdə "Milan"ın ən dəyərli futbolçularından biri hesab olunur.