top
Qurban Qurbanov Araz-Naxçıvan oyunundan, çempionluq şanslarından və legioner limitindən danışıb Idman.biz
09 mart 2026, 01:41
- ↺ +

Qurban Qurbanov "Araz-Naxçıvan" oyunundan, çempionluq şanslarından və legioner limitindən danışıb

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən "Qarabağ" - "Araz-Naxçıvan" matçından (6:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis həm darmadağınla bitən oyunu, həm də çempionluq yarışındakı gərginliyi dəyərləndirib.

İdman.Biz xəbər verir ki, Qurbanov mətbuat konfransına bir qədər gecikməsinin səbəbini maraqlı bir görüşlə izah edib:

"Üzrlü sayın, bir az gecikdim. Rayonda riyaziyyat müəlliməm olub - Gülnaz müəllimə. Onu bəlkə də 30 il idi görmürdüm. Sən demə, hər dəfə oyunlarımıza gəlirmiş. Matçdan sonra onunla görüşdüm. Bu gün stadionda xanım azarkeşlərimiz də çox idi".

- "Araz-Naxçıvan"a son 3 matçda 16 qol vurmusuz. Bunun səbəbi rəqibin açıq futbola üstünlük verməyindən irəli gəlir?
- Biz tam bu oyuna köklənmişdik. "Araz-Naxçıvan" indi də, bundan əvvəl də həmişə baxımlı futbol oynayıb. Elmar Baxşıyevin vaxtında da belə idi. Ola bilər ki, onlarla oyun bizim idman formamızın yaxşı olduğu vaxta düşür. "Araz-Naxçıvan" bizim üçün heç də asan rəqib olmayıb. Bu gün bəlkə kənardan rahat görünürdük. Amma futbolçularımız çox əziyyət çəkdi, aktiv idilər. Əvvəlki oyunlar haqda düşünməmişdim.

- Musa Qurbanlı ardıcıl 3 oyunda 3 qol vurdu. Bu məqam sizi hücum xətti seçimi baxımından gələcək oyunlarda çətinliyə salacaq?
- Əlbəttə, bu, sevindiric haldır. Dünya futboluna baxsaq, sonradan meydana girən oyunçuların oyunu dəyişməsi çox çətindir. Buna qabiliyyət və bacarıq lazımdır. Ələlxüsus da, rəqib müdafiədə sıx oynayırsa, belə oyunçular ehtiyac olur. Musada yaxşılığa doğru irəliləyiş çoxdur, həvəsdən düşməməlidir, daim mübarizə aparmalıdır. Yavaş-yavaş böyüyür, hamımız üçün sevindiricidir. Hazırda ondan razıyam.

- Azərbaycan Kubokunun finalından sonra "Qarabağ"ın oyunlarına bütün hakimlər təyinat alıb. Bircə ən təcrübəli hakimlərdən biri olan İnqilab Məmmədovdan başqa. Sizcə De Blekerin və Rəhim Həsənovun İnqilab Məmmədovu sizin oyunlarınına göndərməməyi bir təsadüfdür?
- Finaldan sonra göndərilməyib? İnanın, vallah heç düşünməmişdim.Heç ağlıma da gəlməyib. İnqilab Məmmədovu hardasa görmüşəm axı. Vallah düşünməmişəm.

- Qapıçılar üzrə köməkçi məşqçiniz Hüseyn Seyidov iki ildir ki, komandada çalışır. Ondan sonra sanki qapıçılarda dəyişiklik hiss edilir. Bu haqda nə düşünürsüz? Demək olar ki, artıq qapıçı məşqçisi də yetişdirirsiz "Qarabağ" üçün? Çünki bir müddət əvvəl təcrübə üçün "Qalatasaray"a da göndərmişdiniz onu...
- Bizim qapıçı məşqçisi Elxan Həsənovdur, hamımızın tanıdığı, hörmət etdiyi şəxs..."Qarabağ"a gəldim, Nizami Sadıqov qapıçı məşqçisi. O, "Turan"a baş məşqçi getdi, ondan sonra elə indiyə qədər Elxan Həsənovla işləyirik. Komandamda qapıçıların baş məşqçisi Elxan bəydir, Hüseyn onun köməkçisidir. Özü də perspektivli gənc qapıçı məşqçisi axtarırdı ki, gələcək üçün hazırlasın, özünə də kömək etsin. Özünün də az yaşı yoxdur. Qapıçılarımızın da sayı çoxalır, hər məşqdə 4-5 qapıçı olur. Elxan müəllim özü Hüseyni yönləndirir. O, mənə dedi ki, "Qalatasaray"a, başqa yerə təcrübəyə göndərək ki, yavaş-yavaş tam hazır olsun. Hər ikisindən razıyam. Elxan müəllim cavabdehdir bu məsələyə. Hüseynə gəldikdə, qabiliyyətli və bacarıqlı uşaqdır. Daim da axtarışdadır. Bütün günü Elxan müəllimlə birlikdədirlər, müzakirə aparırlar, birlikdə işləyirlər.

- Artıq çempionatda 3-cü dövrəyə start verildi. Demək olar ki, "Qarabağ" üçün əsl çempionluq mübarizəsi elə bu turdan başlayır?
- Bəli, daha çox diqqət ayırırıq. Amma inanın ki, futbolçuların bir az da özünə gəlməsinə ehtiyac var. Həqiqətən bu il ən gərgin illərdən biri oldu. Çempionlar Liqasının oyunları,gözləntilər...Bəlkə də bizim 10 yox, 3-4 xalımız olsaydı, bəlkə daha rahat oynayardılar, heç kimin çox da tələbi olmazdı. Amma hər qələbə gəldikdə, daha çox gözlənti oldu. Futbolçuların məsuliyyəti də artdı. Son oyuna qədər gərginlik oldu. Futbolçular o gərginliyə dözdülər. Çempionat heç də asan deyil. Baxmayaraq ki, bu gün belə hesabla qazandıq. Hər oyunumuzda son saniyəyə qədər mübarizə gedib. İndidən daha rahat hazırlaşmağa şansımız olacaq. Əfsuslar olsun ki, 2 oyundan sonra fasilə olacaq. Komanda bir yerdə olmayacaq. Mənim üçün komandanın bir yerdə olması çox vacibdir. "Sabah"ın şansı daha çoxdur, yaxşı komanda formalaşdırıblar, amma biz sona qədər mübarizə aparacağıq. Qarşıdakı günlərdə futbolçuların idman formasını mütləq yaxşılaşdırmalıyıq.

- "Sabah"la ölkə kubokunun yarımfinalında da rəqibsiniz. Bu matçlar Premyer Liqadakı rəqabətə təsir edəcək?
- Əlbəttə. Başqa-başqa turnirlərdir. Kubok başqa prestijdir. Həm bizim, həm də "Sabah" üçün, həm də avrokuboklar üçün yaxşı hazırlıq olacaq. Bundan sonra onlarla bu səviyyədə oyunların olması, hər iki tərəf üçün böyük faydası var.

- "Qarabağ" "Sabah"la matçlara qisas gözü ilə baxacaq?
- Yox, heç kimə qisas kimi baxmırıq. Belə fikrimiz yoxdur. İllərdir ki, "Sabah"la da, digər klublarla da oyunlarımızı oynayırıq. İl ərzində 3 və ya 5 oyun oynamaq lazımdırsa, oynayırıq.

- "Sabah"la görüşdə onların məşqçisinin qeyri-etik jestinə görə hansısa cərimə verilmədi. Dedilər ki, məsələyə sonradan yenidən baxılacaq. Bəs ilk qərar siz hansı hissləri keçirdiz, təəssüf, yoxsa sizə qəribə gəldi?
- Təəssüf hissi o oldu ki, olmamalı idi. Ümumiyyətlə, sonradan kart göstərilməsinin də tərəfdarı deyiləm. Belə qalmaqallar futbolun gözəlliklərinin bir hissəsidir. Futbolun inkişafı, intriqanın artması, keyfiyyətli olması üçün belə qalmaqallar futbolçulara da daha çox məsuliyyət verir. Belə şeylərdə hansısa qırmızı vərəqənin və ya cəzanın verilməsinin tərəfdarı deyiləm. Meydandan kənarda olan qalmaqaldır, o da yerində həll edildi, bitdi. Epizodlar olur ki, yerində, o an hansısa qərarı verirsən. Düz oldu, səhv oldu, yaxşı və ya pis oldu... Mənə elə gəlir ki, içəridən gələn kindən olan bir şey deyil. Sırf idman emosiyalarıdır, hamı udmaq istəyir. Bəzən bazada məşqçilər yığışıb 5-5-ə futbol oynayırıq, orada da o qədər intriqa, dava-dalaş olur ki. Ya dostlar arasında oynayanda, o qədər qışqır-bağır düşür, məni də bağışlayın, o qədər söyüşlər olur ki…(gülür). Oyun bitdi, hər şey qaydasındadır. Futbol emosiya oyunudur, belə hallar olmasın, amma olması da futbolumuzun daha da keyfiyyətli olmasına gətirib çıxarır.

- Martın 4-də AFFA İcraiyyə Komitəsinin legioner limitini ləğv etməsinin və liqada komanda sayının artırılması qərarının bir ili tamam oldu. Sizcə, Premyer Liqada komanda sayının artırılması qərarı özünü nə dərəcədə doğrultdu? İnfrastrukturlar bağlı problemlər yaşanır…
- Komanda artımının həmişə tərəfdarı olmuşam. Həmişə də o problemlərin olacağını öncədən düşünmüşəm. Əlbəttə ki, böyümək və stabil olmaq üçün mütləq ki, nəyisə qurban verməlisən. Bəzən tanınmış məşqçilər, böyük klublar belə, 0:7 məğlubiyyətdən sonra daha da böyüməyə başlayırlar. Bəli, hazırda bir neçə komandanın yaxşı meydançası yoxdur. Bəli, hansısa dəyişiklik etmək olar, olardı. Amma inanmıram ki, gələn il hansısa komandanın stadionla bağlı yenə problemi olsun. İstər yeni gəlsin, istərsə də liqada qalanlardan olsun. Ən azından, builki minuslara görə, vacib olan tərəflərdən düzəldilən məsələlər olacaq. Sadəcə birdən-birə də hər şey olmur. Artım belə olur. Sabah hansısa yeni gələn komandanın yeni sponsoru, o rayonun oğlu çıxar deyər ki, komandanı böyüdəcəm, nəticələri yaxşılaşdıracam. Futbol belə sevilir də. Bir il bir komanda belə formalaşır, iki il sonra başqa komanda formalaşır. Hər bölgədə bir neçə komanda olur. Qüsurlar var. Amma gözlənilən qüsurlar artar. Get-gedə sayın artmasının həmişə tərəfdarıyam ki, bölgələrdə komandaların sayının çox olması, futbolun sevilməsi deməkdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:30

"Transfer iddiaları yalandır, heç bir təklif almadım"

Futbol
Bu gün, 01:40

"Nyukasl"ın baş məşqçisi Ayvan Toninin transferti barədə: "Söz-söhbətləri şərh etməyəcəm"

Futbol
Bu gün, 01:36

Juventus Komo'yı 3-0 məğlub etdi

Futbol
Bu gün, 01:36

Borussiya «Bayer»ə 2:1-ə məğlub oldu

Futbol
Bu gün, 01:32

Real"da Vinisiusun çıxışı: futbolçu azarkeşlərlə mübahisə etdi

Futbol
Bu gün, 01:30

FİFA, Trampa təqdim etdiyi Sülh Mükafatını geri alacaq?

Futbol
Bu gün, 01:17

"Hansi Flik La Liqada Qvardiola və Mourinyonun rekordunu keçdi"

Futbol
Bu gün, 01:02

Neymar karyerasında 500-cu qolunu vurdu

Futbol
Bu gün, 00:51

Sabah müdafiəçisi Cənubi Afrika millisinin seçməsində rəqabətlə üzləşir

Futbol
Bu gün, 00:30

"Borussiya Dortmund" "Bayer"ə məğlub olsa da, 24 xalla Bundesliqanın lideri qalır

Futbol
Bu gün, 00:30

"Sabah" UEFA-dan iki fərqli oyun üzrə xəbərdarlıq alıb

Futbol
Bu gün, 00:20

"Çelsi" Xabi Alonsonun baş məşqçisi qalır

Futbol
Bu gün, 00:06

Zamiq Əliyev 90 dəqiqə boyunca oynayaraq ‘Eqnatiya" çempionatında qələbəni təmin etdi

Futbol
Bu gün, 00:00

Sneyder Ronaldonu məşq etdiyi ən yaxşı futbolçu adlandırıb

Futbol
Dünən, 23:58

"Eqnatiya" "Elbasani"ni 2:1 hesabı ilə məğlub edib

Futbol
Dünən, 23:55

"İrqçilik ittihamı ilə şotland futbol azarkeşi həbs edildi"

Futbol
Dünən, 23:50

"Arsenal"ın evində 53 oyun ardıcıllıqla penalti alınmadı

Futbol
Dünən, 23:45

Gəncəbasar baş məşqçisi: I Liqada az büdcə və millidə oynamamış futbolçularla çempion olmaq mümkündür

Futbol
Dünən, 23:44

"Frenki de Yonq uzun müddətə kəsilir: 2026-cı ilin sonuna qədər sahada olmayacaq"

Futbol
Dünən, 23:40

Frenki de Yonq bir aydan çox müddətə sahədən uzaq qala bilər

Futbol
Dünən, 23:36

"Muradlı "Pafos" evdə 0:1 uduzdu"

Futbol
Dünən, 23:28

"Zamiq Əliyev "Eqnatiya" heyətində çıxış etdi, komanda qələbə qazandı"

Futbol
Dünən, 23:10

Səbail FK 53 min manat ödəmiş, formaları hələ təhvil almayıb

Futbol
Dünən, 22:58

Murad Məmmədovun "Pafosu" Limassolun "Aris" komandasına uduzdu

Oxşar xəbərlər