"Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia "Əl Feyha"dan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı futbolçu ilə müddəti bitən müqavilə uzadılmayıb.
Benzia 2023-2025-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2025-ci ilin yayında "Əl Feyha"ya keçmişdi.