Rusiyanın "Axmat" futbol klubu "Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Juliu Romaunu heyətinə qatıb.
İdman.Biz bildirir ki, 28 yaşlı futbolçunun müqaviləsi 2029-cu ilə qədərdir.
"Romau Serbiyada "Axmat"ın təlim-məşq toplanışına gəlib. Yeni oyunçumuzu salamlayırıq və ona uğurlar arzulayırıq!", - Qroznı klubunun açıqlamasında deyilir.
Romau 2022-25-ci illərdə "Qarabağ"da oynayıb və üç dəfə Azərbaycan çempionu olub.
Braziliyalı futbolçu bu komandada 120 oyun keçirib, iki qol vurub və beş məhsuldar ötürmə edib.