top
Pep Qvardiola Mançester Sitidən ayrılır, amma City Football Groupda qalır - DETALLAR Idman.biz
22 may 2026, 14:55
- ↺ +

Pep Qvardiola "Mançester Siti"dən ayrılır, amma "City Football Group"da qalır - DETALLAR

İngiltərənin "Mançester Siti" futbol klubunun baş məşqçisi Pep Qvardiola bu yay vəzifəsindən ayrılacaq.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, 2016-cı ilin iyulunda komandaya rəhbərlik etməyə başlayan kataloniyalı mütəxəssis 10 illik dönəmini 20 böyük titulla başa vuracaq. Bu göstərici onu "Mançester Siti" tarixinin ən uğurlu baş məşqçisi edir.

Qvardiola klubdan tam ayrılmayacaq. O, "City Football Group"da qlobal səfir vəzifəsini icra edəcək. Yeni rolda mütəxəssis qrupun klublarına texniki məsləhətlər verəcək, xüsusi layihələr və əməkdaşlıqlarda iştirak edəcək.

Qvardiola klubla vida mesajında Mançester illərindən danışıb:

"Gələndə ilk müsahibəm Noel Qallagerlə oldu. Çıxanda düşündüm: "Yaxşı... Noel buradadır? Deməli, maraqlı olacaq".

Və birlikdə necə bir dövr keçirdik! Məndən niyə getdiyimi soruşmayın. Səbəb yoxdur, amma içimdə bilirəm ki, bu, mənim vaxtımdır. Heç nə əbədi deyil. Əgər əbədi olsaydı, burada qalardım. Əbədi qalacaq olan hisslər, insanlar, xatirələr və mənim "Mançester Siti"yə olan sevgimdir".

Kataloniyalı mütəxəssis Mançester şəhərinin xarakterinin onun komandalarına da təsir etdiyini bildirib:

"Bu şəhər zəhmət üzərində qurulub. Əmək üzərində. Bunu kərpiclərin rəngində görürsən. Erkən işə başlayan, gec çıxan insanlarda. Zavodlarda. Həmkarlar ittifaqlarında. Musiqidə. Sənaye inqilabında və onun dünyanı necə dəyişməsində. Məncə, bunu anlamağa başladım, komandalarım da bunu anladı.

Biz işlədik. Əziyyət çəkdik. Mübarizə apardıq. Və hər şeyi öz yolumuzla etdik. Öz yolumuzla".

"Futbolçular unutmasınlar - hər anı, hər məqamı, məni, heyətimi, bu klubu, hər şeyi. Nə etmişiksə, hamısını sizin üçün etmişik. Siz isə sadəcə möhtəşəm olmusunuz. Hələ bunu bilmirsiniz, amma siz irs qoyursunuz. Xanımlar və cənablar, mənə güvəndiyiniz üçün təşəkkür edirəm. Məni irəli itələdiyiniz üçün təşəkkür edirəm. Noel... Mən haqlı idim. Bu, çox əyləncəli oldu. Hamınızı sevirəm", - deyə Qvardiola fikrini tamamlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:26

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 20:20

II Liqada 12-ci tur başa çatdı

Futbol
Bu gün, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb;

Futbol
Bu gün, 20:11

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Futbol
Bu gün, 19:57

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Futbol
Bu gün, 18:52

“Qalatasaray”ın müdafiəçisi rusiyalı futbolçu haqqında danışdı: “Ona sadəcə vaxt lazım idi”

Oxşar xəbərlər