top
Murad Məmmədovun nənəsi: “Üç iynə vurmuşdular, bir dərman qəbul etmişdi” Idman.biz
15 avqust 2026, 16:46
- ↺ +

Murad Məmmədovun nənəsi: “Üç iynə vurmuşdular, bir dərman qəbul etmişdi”

Kiprin "Pafos" klubunda çıxış edən azərbaycanlı futbolçu Murad Məmmədovun nənəsi Əfiqə Məmmədova nəvəsinin UEFA Avropa Liqasında "Zaltsburq"a vurduğu qoldan, futbolçunun səhhətindən danışıb.

Əfiqə Məmmədova offsideplus.az-a müsahibəsində Murad Məmmədovun zədəsinə baxmayaraq meydana çıxaraq qol vurmasının onda böyük sevinc yaratdığını bildirib.

Həmin müsahibəni təqdim edirik.

– Yəqin ki, Muradın oyununa baxdınız. Meydana çıxacağını gözləyirdinizmi? O baxımlı qolu vurarkən hansı hissləri keçirdiniz?

– Bəli, baxırdım. Açığı, heç inanmırdım ki, onu oyuna buraxarlar. Çünki bir həftə əvvəl məşqdə zədələnmişdi. Həkim onu bir dəqiqə də olsun meydana buraxmaq istəmirdi, məşqçi isə Muradı əsas heyətə salmağı planlaşdırırdı. Həkim qətiyyən icazə vermədi, buna görə də yalnız son 10 dəqiqədə oyuna daxil oldu. Gözlərimə inanmadım, cəmi 2 dəqiqə sonra özünün möhtəşəm qolunu vurdu. Oyundan əvvəl 3 iynə vurmuşdular, 1 dərman qəbul etmişdi. İnanın, həmin vəziyyətdə qol vuracağına heç ümid etmirdim. Qolu görəndə şoka düşdüm. Sevincimin həddi-hüdudu yox idi, sanki dünyanı mənə verdilər. Azarkeşlərin "Murad Məmmədov!" deyə qışqırması insana xüsusi zövq verirdi.

– Hazırda səhhəti necədir?

– Yaxşıdır, müalicəsini davam etdirir. Mütəmadi olaraq masaj olunur.

– Özü ilə əlaqə saxlayırsınız? Komandaya uyğunlaşa bilir?

– Hər gün görüntülü danışırıq. Hamı ona çox yaxşı münasibət bəsləyir, komanda yoldaşları da mehribandır. Murad da, meneceri Qədir Həsənov da deyir ki, geri yol yoxdur, ancaq irəli – zirvələrə doğru addımlayacağıq.

– Sizcə, "Dinamo Siti"ni məğlub edib liqa mərhələsinə yüksələ bilərlər?

– İnşallah. Yaxşı çalışsalar, mütləq yüksələcəklər.

– Muradı özünə örnək görən yeniyetmə futbolçulara nə demək istərdiniz?

– Həmişə demişəm, yenə də təkrar edirəm: çox çalışsınlar, davamlı məşq etsinlər, əlavə hazırlıq keçsinlər və rejimə riayət etsinlər. Bir də ki, klublar gənc futbolçulara şans verib onları oyuna buraxmalıdırlar ki, inkişaf etsinlər. Yalnız məşqlə irəli getmək mümkün deyil. Oynamalıdırlar ki, rəqabət yaransın. Bütün Azərbaycanın gənc oyunçularına uğurlar arzulayıram.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:50

Arsenal İvan Fresnedanı almayı planlayır

Futbol
Bu gün, 22:49

"Arsenal" "Komo"nun argentinalı yarımmüdafiəçisi Nico Pası 2027-ci ilin yayında heyətinə qatmaq istəyir

Futbol
Bu gün, 22:49

"Mançester City "Arsenal"ı məğlub edə bilər"

Futbol
Bu gün, 22:40

İmişli 3:1-ə məğlub, 10 oyunluq məğlubiyyət dövrü sona çatdı

Şahmat
Bu gün, 22:35

Şahin Vəliyev Portuqaliyada Fransa favorisini məğlub etdi

Futbol
Bu gün, 22:28

Mourino "Real"ın ilk hissələrdəki çətinlikləri barədə danışdı: "Futbolçular dedilər ki, ideal başlasaydıq skamya darıxardı"

Futbol
Bu gün, 22:24

Mahir Emreli «Rakuv»da yeddinci qolunu vurdu

Futbol
Bu gün, 22:20

Vernidub "Neftçi" məğlubiyyəti və Sadıqovla qədimbarədə danışdı: "Arazımızda heç nə yoxdur"

Futbol
Bu gün, 22:20

"Sabah"ın legioneri Raxmonaliyev "Sumqayıt" matçından sonra uşaqlarla xatirə şəkilləri çəkdirib - VİDEO

Futbol
Bu gün, 22:17

"Çelsi" "Real Madrid"in geri alış hüququ olan "Komo"nun müdafiəçisi Yakobo Ramonla maraqlanır

Futbol
Bu gün, 22:15

Yuri Vernidub: «Futbolçularımız öz üzərlərində işləməyə davam etsələr, daha yaxşı nəticələr qazanacağıq»

Futbol
Bu gün, 22:13

«Neftçi» «Zirə»yə 1:0 hesabı ilə qalib gəldi - Video

Futbol
Bu gün, 22:11

Rəşad Sadıqov "Neftçi" – "Zirə" oyunundan sonra: "Susmağımın səbəbi sizin "Neftçi"də olmağınızdır"

Futbol
Bu gün, 22:07

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 22:05

"Neftçi‑Zirə matçında Vernidub "Zirənin hansısa epizodunu xatırlamıram" dedi"

Futbol
Bu gün, 22:00

"Barselona" və "İnter" Hermoso üçün transfer axtarır

Futbol
Bu gün, 21:43

Rəşad Sadıqov: «Neftçi»yə qarşı matçda üstün tərəf biz idik

Futbol
Bu gün, 21:41

"Portu"ya ilk Avropa kubokunu gətirən braziliyalı sabiq futbolçu Juari 67 yaşında vəfat edib

Futbol
Bu gün, 21:40

"Atletiko" 35 milyon avroya aldığı Ludmani satmaq istəyir

Digər
Bu gün, 21:27

"Beşiktaş" İstanbulda su tağı ilə qarşılandı

Futbol
Bu gün, 21:20

Rəşad Sadıqov: "Mən bəzi açıqlamaları Verniduba yaraşdırmıram"

Futbol
Bu gün, 21:20

Tanıdığımız sima milliyə dəvət almasının səbəbini bilmir - VİDEO

Futbol
Bu gün, 21:15

Mançester Yunayted, Liverpul və Arsenal Borussiya Dortmundun müdafiəçisi Joan Qadunu transfer etmək istəyir

Futbol
Bu gün, 21:08

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov «Neftçi» matcından sonra Vernidubla söhbətdə əsəbi reaksiya göstərib

Oxşar xəbərlər