top
Mbappe Arbeloanı oyun vaxtı və taktikaya görə tənqid etdi Idman.biz
15 may 2026, 10:18
- ↺ +

Mbappe Arbeloanı oyun vaxtı və taktikaya görə tənqid etdi

Fransalı hücumçu Kilian Mbappe "Real"ın İspaniya La Liqasında "Oviedo" üzərində 2:0 hesablı qələbəsindən sonra niyə ehtiyatda qaldığını açıq şəkildə izah edib və madridlilərin baş məşqçisi Alvaro Arbeloanın sərt reaksiyasına səbəb olub.

İdman.Biz "Reuters"ə istinadən xəbər verir ki, "Real" azarkeşləri 69-cu dəqiqədə Qonsalo Qarsiyanın əvəzinə meydana daxil olan fransalı futbolçunu fitlə qarşılayıblar. Oyundan sonra hücumçu jurnalistlərlə söhbətində məşqçinin qərarlarını bir neçə dəfə tənqid edib.

"Niyə əsas heyətdə meydana çıxmadım? Məşqçidən soruşun. Mən 100 faiz sağlamam və start heyətində oynamağa hazır idim. Amma məşqçi dedi ki, mən heyətdə Qonsalo, Vinisius və Mastantuonodan sonra dördüncü hücumçuyam. Qonsalo, Mastantuono və Vinidən yaxşı olmaq üçün məşqlərdə çox işləməli olacağam", - Mbappe bildirib.

Fransalı futbolçu bununla kifayətlənməyib və Xabi Alonsonun gedişindən sonra komanda daxilində problemlərin olduğuna işarə edib.

"Xabi ilə münasibətlərim əla idi. Bunu hamı bilir. Mövsümün əvvəlində bizim oyun üslubumuz və strukturumuz var idi, amma sonra mövsümün ikinci yarısında hər şeyi itirdik. Heç bir ad çəkməyəcəyəm. Mən yalnız klubu düşünürəm", - hücumçu deyib.

Mbappe oyun vaxtı ətrafındakı tənqidlərdən danışarkən daha bir sərt fikir səsləndirib.

"Mövsümün birinci yarısında insanlar deyirdilər ki, mən çox oynayıram və istirahət etməliyəm. İndi isə deyirlər ki, oynamaq istəmirəm. Bəs bunun mənası nədir? Artıq qərar versinlər", - futbolçu qeyd edib.

Fransalı futbolçu "Real"ın Kral Kubokundakı məğlubiyyətini də xatırladıb.

"Mənə deyirdilər ki, hər matçda 90 dəqiqə oynamağın mənası yoxdur. Sonra Kral Kubokunun "Albasete" ilə oyununa getdik, mən oynamadım və biz mübarizəni dayandırdıq", - Mbappe bildirib.

Bundan başqa, hücumçu zədədən bərpa dövründə İtaliyaya səfərinə də münasibət bildirib. Daha əvvəl fransalı futbolçunun orada aktrisa Ester Eksposito ilə birlikdə istirahət etdiyi, "Real"ın bəzi futbolçuları və azarkeşlərinin isə Mbappenin davranışından narazı qaldığı bildirilirdi.

"Klub icazə vermişdi və İspaniyanı tərk edən yeganə futbolçu mən deyildim", - Mbappe vurğulayıb.

Qeyd edək ki, 27 yaşlı hücumçu apreldə aldığı dizaltı vətər zədəsindən sonra bərpa olunur. O, bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 41 qol vurub və yeddi məhsuldar ötürmə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Oxşar xəbərlər