top
Maykl Kerrik Mançester Yunayteddə 2028-ci ilə qədər qaldı Idman.biz
22 may 2026, 14:26
- ↺ +

Maykl Kerrik "Mançester Yunayted"də 2028-ci ilə qədər qaldı

İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Maykl Kerrik vəzifəsində qalacaq.

İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, klub 44 yaşlı mütəxəssislə 2028-ci ilə qədər yeni müqavilə imzalayıb.

Kerrik yanvarda "Mançester Yunayted"ə baş məşqçi kimi qayıdıb və ilk iki oyununda "Mançester Siti" və "Arsenal" üzərində qələbələrdən sonra Premyer Liqada ayın məşqçisi seçilib.

Onun rəhbərliyi altında komanda növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. "Mançester Yunayted" Kerrikin dönəmində 16 oyunda 11 qələbə əldə edib və onun gəlişindən sonra Premyer Liqada ən yüksək xal göstəricilərindən birinə imza atıb.

Kerrik futbolçu kimi də "Mançester Yunayted"in ən uğurlu simalarından biri olub. O, klubun heyətində 464 oyun keçirib, beş Premyer Liqa titulunu, İngiltərə Kubokunu, iki Liqa Kubokunu, Çempionlar Liqasını, UEFA Avropa Liqasını və Klublararası Dünya Çempionatını qazanıb.

Maykl Kerrik yeni müqavilədən sonra klubun rəsmi saytına açıqlamasında "Mançester Yunayted"in onun üçün xüsusi məna daşıdığını bildirib:

"20 il əvvəl buraya gəldiyim ilk andan "Mançester Yunayted"in sehrini hiss etdim. Xüsusi futbol klubumuza rəhbərlik məsuliyyəti mənə böyük qürur verir. Son beş ay ərzində bu futbolçu qrupu burada tələb etdiyimiz dözümlülük, birlik və qətiyyət standartlarına çata biləcəyini göstərdi.

İndi yenidən birlikdə irəli getməyin vaxtıdır - ambisiya və aydın məqsəd hissi ilə. "Mançester Yunayted" və inanılmaz azarkeşlərimiz yenidən ən böyük titullar uğrunda mübarizə aparmağa layiqdir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:30

Daha iki dünya çempionatının təşkilatçıları açıqlandı

Şahmat
Bu gün, 20:30

Şahmat üzrə dünya çempionu kim olacaq?

Futbol
Bu gün, 20:27

Dieqo Simeone La Liqa tarixində ən çox qələbə qazanan məşqçi olub

Futbol
Bu gün, 20:26

PSJ-də iki ağır zədədən sonra transfer planları dəyişir: Yeni namizədlər gündəmdə

Futbol
Bu gün, 20:20

PSJ “Şaxtyor” futbolçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 20:20

II Liqada 12-ci tur başa çatdı

Futbol
Bu gün, 20:15

FIFA 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələri açıqlayıb;

Futbol
Bu gün, 20:11

“Qalatasaray”da ciddi itki: Osimhen Çempionlar Liqasında oynamayacaq

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Futbol
Bu gün, 19:57

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Futbol
Bu gün, 18:52

“Qalatasaray”ın müdafiəçisi rusiyalı futbolçu haqqında danışdı: “Ona sadəcə vaxt lazım idi”

Oxşar xəbərlər