top
Marselo Byelsa Uruqvay milli komandasından istefa verdi Sport24.az
27 iyun 2026, 10:30
- ↺ +

Marselo Byelsa Uruqvay milli komandasından istefa verdi

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa komandasının DÇ-2026 ilə erkən vidalaşmasının ardından vəzifəsindən ayrılacağını açıqlayıb. Sport24.az xəbər verir ki, 70 yaşlı mütəxəssis İspaniyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında çıxış edib.

Byelsa nəticələrə görə bütün məsuliyyəti üzərinə götürdüyünü bildirib:

"Uruqvay futboluna heç nə vermədim. Üç il bir ölkədə işləyib nəticə qazana bilməyən məşqçi öz töhfəsindən danışa bilməz. Dünya çempionatındakı çıxışımızı isə ümumiyyətlə izah etməyə ehtiyac yoxdur".

2023-cü ildən Uruqvay millisini çalışdıran argentinalı mütəxəssis komandanın potensialını ortaya qoya bilmədiyini etiraf edib:

"Yeddi xal qazana bilərdik, amma cəmi iki xal topladıq. Bu, mənim işimin nəticəsidir. Bu futbolçuları güclü komandaya çevirə bilmədim. Dünya çempionatındakı uğursuzluğa görə bütün məsuliyyəti üzərimə götürürəm".

Byelsa həmçinin bildirib ki, İspaniya ilə oyunda qapıçı Fernando Muslera öz istəyi ilə fasilədə əvəzlənib. Yarımmüdafiəçi Federiko Valverdenin əvəzlənməsi isə komandanın hücum xəttini gücləndirmək məqsədi daşıyıb.

Qeyd edək ki, Uruqvay millisi qrup mərhələsində Səudiyyə Ərəbistanı ilə 1:1, Kabo Verde ilə 2:2 hesablı heç-heçələr edib, son turda isə İspaniyaya 0:1 hesabı ilə uduzaraq dünya çempionatı ilə vidalaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:40

Liqada “saxta” oyun və ya komanda niyə meydandan çıxmaq istədi? - Olayın VİDEOsu

Futbol
Bu gün, 17:40

"Monza"nın hücumçusu nəhənglərin hədəfində

Futbol
Bu gün, 17:40

“Sabah”ın rəqibi “Vilyarreal”da ciddi itki: futbolçu əməliyyat olunacaq

Formula 1
Bu gün, 17:35

“Ferstappenin müqaviləsini uzatması “Red Bull”a sabitlik qazandırdı”

Futbol
Bu gün, 17:31

İspaniya mətbuatı ‘Barselona’nın ‘Sabah’la oynayacağı start heyətini açıqladı

Futbol
Bu gün, 17:30

Netanyahu hökuməti “Qalatasaray”dan UEFA-ya şikayət etdi - SƏBƏB

Futbol
Bu gün, 17:20

"Barnet"in hücumçusu zorlama ittihamları ilə əlaqədar həbs edilib

Futbol
Bu gün, 17:16

Rüfət Abdullazadə İsrail klubundakı gələcəyi ilə bağlı danışdı

Futbol
Bu gün, 17:02

Borussiya Seru Qirassini 2030-cu ilə qədər müqaviləni uzatmaq istəyir

Futbol
Bu gün, 17:01

Emre Belözoğlu “Fənərbağça”nın tarixinə düşməyə hazırlaşır

Futbol
Bu gün, 17:00

"Neftçi”yə qarşı xüsusi hazırlıq - Bu XƏBƏRİ QAÇIRMAYIN!

Qarabağ FK
Bu gün, 17:00

"Kəpəz"in legioneri Kennet Kalunqa: "Qarabağ"la oyunda bütün gücümüzü ortaya qoyduq"

Futbol
Bu gün, 16:56

Premyer Liqanın 13-cü turu: komandalar arası üzd-üz tarixi statistikalar

Futbol
Bu gün, 16:50

“Bernardo Silva nə vaxtsa “Benfika”nın prezidenti olacaq”

Futbol
Bu gün, 16:46

“Barselona” Bakıda Görməli Yerləri Video Hazırladı

Futbol
Bu gün, 16:40

Son qərar ərəfəsində Mərakeş Seneqalı CAS arbitri ilə qeyri-qanuni əlaqələrdə ittiham edib

Qarabağ FK
Bu gün, 16:40

“Sabah”la “Barselona”nı müəllim idarə edəcək - O gələndə bizimkilər uduzur

Digər
Bu gün, 16:29

Azərbaycanlı alpinist Elmira Aslanova Ama Dablam zirvəsini fəth etdi – FOTO

Güləş
Bu gün, 16:23

Azərbaycan güləşçisi dopinqə görə 3 il diskvalifikasiya edildi

Futbol
Bu gün, 16:20

"Mançester Yunayted"in hücumçusu qışda İtaliya klubuna keçə bilər

Futbol
Bu gün, 16:08

Rəhman Daşdəmirov: Barselona nın gücü ulduzlardan çox, komandadan gəlir

Güləş
Bu gün, 16:00

Güləşçimiz ağır cəza aldı

Futbol
Bu gün, 16:00

Azərbaycan millisində kapitanlıq QALMAQALı: Ona kimlər mane olub? - VİDEO

Futbol
Bu gün, 16:00

Şahin Diniyev: “Sabah”dan sensasiya gözləmək absurddur”

Oxşar xəbərlər